Ölkə üzrə 390 ümumtəhsil məktəbində monitorinq aparılıb, 263-də normativ tələblərin pozulduğu aşkar edilib.
Teleqraf xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev altı ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar dərhal satışdan kənarlaşdırılıb.
"2 məktəb bufetinin fəaliyyəti məhdudlaşdırılıb", - o vurğulayıb.