Ukrayna üçün ən pis ssenarilər nəzərdən keçirilir
Yusif Sultanoğlu
03:50 31.05.2024
Aktual
575
NATO Rusiyanın Ukraynada cəbhə xəttini yarmağa çalışmasından narahatdır
“Yens Stoltenberq deyib ki, Çin Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləyir”
11 ölkə Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün icazə verilməsi fikrini dəstəkləyib. Danimarka Ukraynaya verdiyi F-16-lardan Rusiyadakı hədəfləri vurmaq üçün istifadəyə icazə verəcəyini açıqlayıb. Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen deyib ki, bu, yeni mövqe deyil və özünümüdafiənin bir hissəsidir. Kremlin sözçüsü Dmitri Peskov ABŞ və digər NATO ölkələrinin Rusiya ilə müharibəni davam etdirmək niyyətində olduğunu və bunun bu ölkələrin maraqlarına böyük zərbə vuracağını bildirib. Peskov NATO ölkələrinin Rusiya ərazisini Qərb istehsalı olan silahlarla vurmaqla bağlı bəyanatlarının gərginliyi artırdığına diqqət çəkib: "Son nəticədə bu vəziyyət gərginləşməyi seçən ölkələrin maraqlarına böyük zərbə vuracaq". ABŞ-nin rəhbərlik etdiyi NATO-nun qəsdən gərginliyi yeni səviyyəyə qaldırdığını və
Ukraynanı bu mənasız müharibəni davam etdirməyə təşviq etdiyini bildirən Peskov Qərb ölkələrinin yanaşmalarında mənfi tendensiyanın davam etdiyini bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Ukrayna ordusuna Amerikanın F-16 qırıcılarının tədarükünə NATO-nun nüvə sahəsində Rusiyaya siqnalı kimi baxacaq: "Bu təyyarələrin Kiyevə verilməsi döyüş meydanında vəziyyəti dəyişməyəcək". Lavrovun sözlərinə görə, Amerika F-16 təyyarələri uzun müddət Şimali Atlantika Alyansının nüvə missiyaları çərçivəsində əsas çatdırılma vasitəsi olub: “Bu qırıcıları Kiyevə tədarük etməklə Rusiyaya NATO və ABŞ-nin Ukrayna münaqişəsi çərçivəsində hər şeyə hazır olduğunu başa salmağa çalışırlar. F-16-lar Qərbin Kiyevə ötürdüyü digər silah növləri kimi Rusiya ordusu tərəfindən məhv ediləcək”. Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələr endirməsi üçün Kiyevin Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Onun sözlərinə görə, indi “Ukrayna tərəfi üçün özünü müdafiə etmək çətindir”.
Politoloq Elxan Şahinoğlu bildirib ki, NATO Rusiyanın Ukraynada cəbhə xəttini yarmağa çalışmasından narahatdır. Ekspertin sözlərinə görə, Hərbi Alyansın Brüsseldəki mənzil qərargahında Ukrayna üçün ən pis ssenariləri nəzərdən keçirməyə başlayıblar:
"NATO baş katibi Yens Stoltenberqin ritorikası sərtləşib. Baş katib Kremllə yanaşı Rusiyaya dəstək verən dövlətləri də hədəf seçib. Yens Stoltenberq Sofiyada NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı deyib ki, Çin Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləyir. Baş katibin sözlərinə görə, Çin Rusiya ilə iqtisadi əlaqələri gücləndirməklə və ikili təyinatlı avadanlıqların çatdırılmasını təmin etməklə faktiki Rusiyanın müharibə iqtisadiyyatını dəstəkləmiş olur. Yens Stoltenberq başqa bir məqama da diqqəti yetirib: “Çin heç bir mərhələdə Rusiyanın Ukraynaya təcavüzünü pisləməyib. Əksinə, Çin Rusiya ilə iqtisadi ticarət əlaqələrini gücləndirib”. NATO baş katibi buna misal kimi Rusiyanın ona lazım olan mikroelektronikanın 90 faizini Çindən aldığını bildirib. Beləliklə, Yens Stoltenberqin məntiqinə görə, Çinin iqtisadi dəstəyi olmasaydı, Rusiya Ukraynaya qarşı müharibəni tam gücü ilə apara bilməzdi. NATO baş katibi hesab edir ki, Kreml Çindən asılı vəziyyətə düşüb və bu, gələcəkdə Rusiyaya əlavə problemlər yaradacaq. Pekin NATO baş katibinin iddialarını rədd edib".
Analitik əlavə edib ki, ABŞ sualtı qayıqlarında nüvə silahı olan qanadlı raketlərin yerləşdirilib-yerləşdirilməməsi ilə bağlı mühüm qərarla üz-üzədir:
"Bu, Çin və Rusiya ilə artan gərginlik fonunda onun çəkindirmə strategiyasını yenidən formalaşdıra bilər. Söhbət qanadlı raketlərin Virciniya sinifli nüvə sualtı qayıqlarından yerləşdirilməsindən gedir. Pekinin Tayvanı ram etməyə çalışması ABŞ və NATO-nun diqqət mərkəzindədir. Çinin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimləri beynəlxalq aləmdə böyük əks-səda doğurub. Çin ada ətrafında hərbi təlimlərə 62 təyyarə və 27 gəmi cəlb edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuat konfransında deyib ki, “Tayvanın müstəqilliyi” ilə məşğul olanlar üçün çıxılmaz vəziyyət yaranacaq və “Tayvanın müstəqilliyi”nə dəstək vermək yalnız əks nəticə verəcək. Çinin qonşu ölkələrlə davam edən ərazi mübahisələri bölgədə əlavə gərginlik yaradır. NATO Avropa təhlükəsizliyinin təminatçısı olaraq Rusiyanı durdurmağa çalışmaqla yanaşı Çinlə də qarşıdurma içərisindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya