Zelenskinin Türkiyə səfəri başladı

Ukrayna Prezidenti Volodimir Zelenski Ankaraya səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Məlumata görə, Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Ukraynadakı münaqişə ilə bağlı danışıqlar aparacaq.

“Zelenski və onu müşayiət edən nümayəndə heyətinin olduğu təyyarə Ankara Esenboğa hava limanına enib. Zelenskini hava limanında rəsmilər qarşılayıb. Sabah Zelenski Ərdoğanla görüşməyi planlaşdırır”, – məlumatda deyilir.