“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsa, çox şey itirəcək”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko deyib.
“Bundan sonra KTMT-dəki üzvlüyünü saxlayıb-saxlamamaq Ermənistanın hüququdur. Düşünürəm ki, əks halda, Ermənistan çox şey itirəcək”, - o vurğulayıb.
Xatırladaq ki, Ermənistan noyabrın 11-də KTMT-də səsvermə hüququndan məhrum edilib.