Yeni geyilə bilən cihaz insan toxunuşunu simulyasiya edir – ARAŞDIRMA
Yusif Nəzərli
04:00 28.03.2025
Texnologiya
500
Şimal-Qərb Universitetinin mühəndisləri insan toxunuşunun mürəkkəbliyini təqlid edə bilən cihaz hazırlayıblar. Həmin cihazı həm də geyinmək mümkündür.
AZƏRTAC “techxplore.com” saytına istinadla xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırmaya görə, bu cihaz titrəmə, təzyiq, dartılma və bükülmə kimi müxtəlif toxunma hisslərini simulyasiya edə bilir. Cihaz yüngül, simsiz və kiçik ölçülüdür. O, blutuz vasitəsilə smartfonlara və virtual reallıq sistemlərinə qoşula bilər. İstifadəçilərə real toxunma hissi yaşatmaq üçün cihazı sürətli və ya yavaş işləyə, toxunma hisslərini birləşdirə bilər.
Tədqiqatçılar bu texnologiyanın virtual reallıq təcrübələrini inkişaf etdirəcəyini, görmə qüsuru olan insanlara naviqasiya köməyi göstərə biləcəyini və onlayn alış-veriş zamanı müxtəlif materialların teksturasını hiss etməyə imkan verəcəyini bildirirlər. Eyni zamanda, bu cihaz eşitmə məhdudiyyəti olan şəxslərin musiqini “hiss etməsinə” də kömək edə bilər.
Layihənin rəhbəri John A. Rogers cihazın sadəcə titrəmə yaratmaqdan daha çox funksiyalar yerinə yetirdiyini vurğulayır: “Biz toxunma duyğusunu tam proqramlaşdırıla bilən hala gətirdik. İstənilən istiqamətə hərəkət edə bilən kiçik aktuatorlarla dəriyə toxunma hissini təqlid edirik”.
Həmin texnologiya rəqəmsal və fiziki dünya arasındakı boşluğu aradan qaldırmağa və daha real toxunma təcrübəsi yaratmağa imkan verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual