
Parlamentari: Ştaynmayerin səfəri Almaniyanın Azərbaycanı vacib tərəfdaş kimi qəbul etdiyini göstərir
09:43 03.04.2025
Siyasət
464
"Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İkitərəfli münasibətlərimizin tarixində Almaniya Prezidentinin Azərbaycana ilk dəfə rəsmi səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri həm də iki ölkə arasında etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir".
Bu sözləri "Sherg.az" açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Deputat bildirib ki, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir:

“1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Altı ay sonra - sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra iki ölkə arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri almanəsilli Lorentz Kuntz olub (Azərbaycanda alman icmasını təmsil edib). Hazırda da ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşılır”.
S.Salmanova söyləyib ki, Prezident Frank-Valter Ştaynmayerin səfəri həmçinin onu sübut edir ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini dəstəkləyir:
“Almaniya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini də dəfələrlə bəyan edib. Frank-Valter Ştaynmayerin bu gün prezidentlərin mətbuata birgə bəyanatında “Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” deməsi bunun əyani sübutudur”.
Parlamentari Azərbaycanla Almaniya arasında təhsil, səhiyyə, iqtisadiyyat, bərpaolunan enerji və digər sahələr üzrə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb:
“Bildiyiniz kimi, ölkəmizdə alman dilinə böyük maraq var. Bu məsələyə Almaniya Prezidenti çıxışında da toxundu. Belə ki, alman dili ölkəmizdə bir sıra orta və ali təhsil müəssisələrində tədris olunmaqdadır. Bundan başqa, ölkələrimiz arasında səhiyyə sahəsində də əməkdaşlıq genişlənməkdədir. Hazırda Almaniyada tibb sahəsində təhsil alan xeyli tələbəmiz də vardır. Azərbaycan Almaniya şəhərləri arasında da əlaqələr inkişaf etdirilir. Belə ki, paytaxt Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri “qardaşlaşıblar”.
S.Salmanova vurğulayıb ki, Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri Azərbaycan-Ermənistan sülh prosesi barədə də ətraflı məlumatlandırıb:
“Dövlətimizin başçısı Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri də açıqlayıb. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Prezident İlham Əliyev sülh danışıqlarının başlanmasının təşəbbüskarı olub. Azərbaycan lideri bu təklifi etməklə dünya tarixində ilkə imza atıb. Çünki qalib tərəfin məğlub tərəfə sülh təklifinə heç vaxt rast gəlinməyib. Bu, Azərbaycanın, onun liderinin humanistliyindən xəbər verir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın iki legitim şərtini qəbul etməlidir. Onlar ATƏT-in Minsk qrupu ləğv və Ermənistan konstitusiyasında dəyişiklik etməlidir. Bu halda ancaq sülh müqaviləsi imzalana bilər”.
Millət vəkili ümumilikdə hesab edir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm