Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.
Sherg.az xəbər verir ki, görüş MHP-nin Baş qərargahında baş tutub.
MHP sədrinin müavini Özgür Bayraktar sosial şəbəkə hesabında görüşlə bağlı paylaşım edib.
O, Fatih Terimi Türkiyə futbolunun yaşayan əfsanəsi adlandıraraq, partiyanın baş qərargahına etdiyi nəzakətli ziyarətə görə təcrübəli mütəxəssisə təşəkkürünü bildirib.