3 vəkilə töhmət verilib: 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb
Yusif Nəzərli
17:19 18.02.2025
Cəmiyyət
321
Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Sherg.az xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
Sonra iclas gündəliyinə uyğun olaraq dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan bir vəkilin fəaliyyətinin bərpa edilməsi barədə müraciətinə baxılıb. Rəyasət heyəti tərəfindən müsbət qərar verilib və ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.
Bundan başqa, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, vəkillik fəaliyyətinə xitam verilməsi və müəyyən müddətdə üzvlük haqqından azad edilməsi məsələlərinə baxılıb, habelə "Kiçikbəyov və partnyorları" Vəkil Bürosunda keçirilən monitorinqin nəticəsi elan olunub və müvafiq qərarlar qəbul edilib.
Həmçinin iclasda "Vəkillər Kollegiyasının "Konstitusiya və Suverenlik İli" çərçivəsində Tədbirlər Planı" müzakirə edilib, il ərzində bir sıra tədbirlərin keçirilməsi ilə bağlı rəy və təkliflərin verilməsi qərara alınıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə xəbərdarlıq edilib, 3 vəkilə töhmət verilib, 3 vəkilə irad bildirilib və 1 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi