Qazaryan: Abdullah Gül İrəvanda olanda işıqları söndürüb...
10:40 16.09.2025
Cənubi Qafqaz
272
“Türkiyənin o vaxtkı prezidenti Abdullah Gül İrəvanda olanda görünməsin deyə, Tsitsernakabertin (qondarma soyqırımı abidəsinin – red.) işıqları söndürülmüşdü”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Alxas Qazaryan ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan möhürdən Ağrı dağı simvolunun çıxarılması ilə bağlı keçmiş xarici işlər naziri Vardan Oskanyanın son açıqlamasını şərh edərkən deyib.
“Oskanyan Ermənistana giriş-çıxış üçün pasport möhüründən Ağrı dağının təsvirinin çıxarılması mövzusuna toxunub və “böyük narahatlıq” ifadə edib.
Sual yaranır: Ermənistan-Türkiyə futbol matçı zamanı Ermənistan millisinin formasının emblemindən Ağrının şəkli silinəndə və matç zamanı “Hrazdan” stadionundan oyunu izləyən Türkiyənin o vaxtkı prezidenti Abdullah Gülün həmin simvolları görməməsi üçün Tsitsernakabertin işıqları söndürüləndə o narahatlıqdan var idi?”, – Qazaryan sosial media hesabında yazıb.
Vardan Oskanyan bundan əvvəl Ermənistan hökumətinin müvafiq qərarını tənqid edib. İrəvanın qərarını “tarixi səhv” adlandıran sabiq nazir iddia edib ki, Ağrı dağı Türkiyə ərazisində yerləşsə də, Ermənistana “məxsusdur”.
Ağrı dağı Türkiyə ərazisində yerləşir və bu ölkənin suveren ərazisidir. Bu, ölkənin ən hündür dağıdır. Ermənilər illərdir Türkiyənin bu ərazisinə əsassız iddialar irəli sürürlər. Bu iddia Ermənistan Konstitusiyasında da öz əksini tapıb. Burada Azərbaycana qarşı da ərazi iddiaları yer alır. Rəsmi Bakı bunu əsas gətirərək, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistandan Konstitusiyanın bu hissəsinin dəyişdirilməsini tələb edib.
Xatırladaq ki, Abdullah Gül 2008-ci il sentyabrın 6-da İrəvana səfər edib. Səfər zamanı o vaxtkı erməni həmkarı Serj Sərkisyanla birlikdə Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşan Türkiyə və Ermənistan milli komandalarının oyununu izləyib. Serj Sərkisyan bundan sonra Türkiyəyə cavab səfərinə gedib. Qarşılıqlı səfərlər o zaman Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılması cəhdləri çərçivəsində baş tutmuşdu.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya