Türkiyənin Samsun şəhərində yaşayan 11 yaşlı Yağız Bekte anadangəlmə leptin hormonu çatışmazlığı səbəbindən 5 yaşında 90 kiloya qədər kökəlmişdi.
Sherg.az xəbər verir ki, Səhiyyə Nazirliyinin təsdiqlədiyi xüsusi müalicə nəticəsində Yağız 2022-ci ildən etibarən arıqlamağa başlayıb və hazırda 40 kiloya düşərək yaşıdları ilə eyni boy-kilo göstəricilərinə çatıb.
Bir vaxtlar artıq çəkisinə görə yeriməkdə çətinlik çəkən və müxtəlif tədbirlərə qatıla bilməyən Yağız indi dostları ilə oynayır, əyləncələrdə iştirak edir və normal həyat sürür.



Atası bildirib ki, əvvəllər dostlarının oynadığını görüb ağlayan Yağız artıq bütün oyun meydançalarında sərbəst hərəkət edə bilir. Həkim nəzarətində olan müalicəsinin isə ömürboyu davam edəcəyi qeyd olunub.