"6 saat mühasirədə qaldıq" - FOTOLAR
Yusif Sultanoğlu
08:50 03.02.2021
Cəmiyyət
597
"Komandirimiz demişdi ki, mən şəhid olana qədər sizə heç nə olmayacaq"
"Biz beşinci postu alanda komandir bayrağımızı sancırdı, o an snayper gülləsi ilə alnından vuruldu"
Sentyabrın 27-si başlayaraq noyabrın 10-da tarixi zəfərimizlə başa çatan Vətən müharibəsinin canlı şahidləri, yaşayan əfsanələri var. Onlar hələ savaşın ilk günündən qəhrəmanlıqla vuruşub, Vətənə borclarını yerinə yetiriblər. Şübhəsiz ki, döyüşdən qayıdanların hər birində psixoloji travmalar yaranıb. Bir hissəsi də bədəninin müxtəlif nahiyələrindən xəsarət alaraq qazi kimi geri dönüb. Bir sözlə, Vətən uğrunda qan töküb, can almaqdan çəkinməyiblər. Eynilə Mayılov Əliheydər Ələsgər oğlu kimi.
O, 7 noyabr 1995-ci il tarixində Maştağada dünyaya göz açıb.
Əliheydər də digər silahdaşları, müharibə iştirakçıları kimi Vətənin səsinə səs verərək cəbhəyə yollanıb. Qazimiz döyüş yolunu “Şərq”ə danışıb. Əliheydər 2014-2015-ci illərdə Cocuq Mərcanlıda xidmət etdiyini, “Aprel” hadisələrindən sonra qeydiyyatdan keçdiyini, 2020-ci il sentyabrın 21-də ona çağırış gəldiyini söyləyib:
“Füzulidə döyüşə başladıq.Müharibənin 10-cu günü, oktyabrın 7-də yaralandım. O vaxta qədər iki kənd, 6 postu işğaldan azad etmişdik. Sonuncu postu alarkən, düşmən texnikalarla hücuma keçdi. Tankların üstündə bizim bayraqlarımız var idi. Bizi tələyə salmaq istəyirdilər. Sonradan anladıq ki, onlar ermənilərdir.
Atışma başladı, bizi tankla vurdular, yerə yıxıldım. Yerdən vuruşmağa davam etdim, sonra güllə ilə vuruldum.
Ondan əvvəl döyüşlərimiz yaxşı keçirdi. Tabor komandirimiz kapitan Mahmudov Cavid var idi, demişdi ki, mən şəhid olub, yaralanana qədər sizə heç nə olmayacaq.
Elə də oldu. Biz beşinci postu alanda komandir bayrağımızı sancırdı, o an snayper gülləsi ilə alnından vuruldu.
O, şəhidlik zirvəsinə ucalandan sonra şəhidlərimiz, yaralılarımız oldu. Ən son 6 saat mühasirədə qaldıq. Lakin postu düşmənə vermədik, canla-başla döyüşdük.
Bir neçə zabitimiz döyüşlərdə olmuşdu, taktikaları bilirdi. Onların səyi nəticəsində düşmən geri çəkilməyə başladı. Ardınca kömək gəldi və bizi ordan çıxartdılar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya