
Ailədaxili qətllər artır - Cəmiyyət maarifləndirilməlidir!
Yusif Nəzərli
14:59 22.08.2023
Cəmiyyət
508
Bakının Suraxanı rayonunda ailə-məişət zəminində münaqişə zamanı iki nəfər bıçaqlanıb.
Belə ki, Qum adası ərazisində 1982-ci il təvəllüdlü Aynurə Zəkəriyyə qızı Kazımova yaşadığı evdə qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü Ramil Rauf oğlu Hüseynov ilə görüş təşkil edib.
Həmin vaxt evə gələn A.Kazımovanın oğlu əvvəlcə R.Hüseynovun döş qəfəsinə bıçaq zərbəsi vurub. Daha sonra anasının sağrı nahiyəsinə bıçaq xəsarəti yetirib.
Son zamanlar bu cür cinayət hadisələrinin durmadan artdığının şahidi oluruq. Bunun isə müxtəlif zəminlərdən baş verdiyi bəlli haldır. Buna xəyanət, qısqanclıq ,anlaşılmazlıq, əsəb halları, təhqir və sairəni misal göstərə bilərik.
Sual yaranır ki, cinayətlərin bu həddə çatmasınının qarşısını necə ala bilərik? İnsanların bu qədər caniləşməsi nədən qaynaqlanır?
Vəziyyəti "Sherg.az"a dəyərləndirən psixoloq Əfsanə Rüstəmova bildirib ki, ailə - cəmiyyətin qaydaları ilə nizamlanmış birgə yaşayış formasıdır:
"Belə ki, cəmiyyətin insanlara diktə etdiyi əsas dəyərlərdən biri də ailə münasibətləridir. Təəssüf ki, bu ailə dediyimiz şey dəyərlər üzərində qurulan müqəddəs forma yox, qapı ağzında danışılan bayağı fikirlərin dominant sayıldığı bir quruma çevrilib.
Ailədaxili münaqişələrin həll yolu sağlam psixoloji mərkəzlər olmaqdan çıxıb. Artıq özü belə hələ xoşbəxtliyi tapmamış və bunun axtarılan bir şey olduğundan xəbərsiz yaşmaqlı insanların ümidinə qalıb.

"Boşanmış qadın" "Qeyri-qanuni münasibət"... Bu cür xəbər başlıqları xəbərin içində adı çəkilənlərin bıçaqlanması və ya öldürülməsi üçün zəmin yarada bilər.
İnsanların öz sayğısı olmadığı müddətdə cəmiyyət onları formalaşdırmaq üçün basqı göstərəcək. Belə hadisələr olmasın deyə cəmiyyət maarifləndirilməlidir. Boşanmış insanların şəxsi münasibətlərinin ola biləcəyi gerçəyini qəbul etməliyik.
Əlbəttə ki, şəxsi münasibətlər də uyğun şəraitdə, formada yaşanmalıdır. Övladları olan insanlar şəxsi münasibət yaşadıqları zaman uşaqların yaş, anlaq səviyyələrini nəzərə almalı və ona uyğun hərəkət etməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya