Akar mina xəritələri və ərazilərin təmizlənməsindən DANIŞDI
Yusif Nəzərli
12:23 28.10.2021
Cəmiyyət
471
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalanmış yerlərin xəritələrinin verilməsi ilə əlaqədar təmaslarımız davam edir”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İrəvanın mina xəritələrini paylaşmaması ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib.
Bu yöndə son vəziyyətlə bağlı nazir qeyd edib ki, atəşkəsin elan edildiyi ilk gündən Türkiyə Silahlı Qüvvələri mina təmizləmə əməliyyatlarına başlayıblar.
“Minalar, əldəqayırma partlayıcılar təmizləndikcə sözügedən ərazilər təhlükəsizləşir, kənd təsərrüfatı və məskunlaşma üçün açıq olur. Eyni fəaliyyəti Liviyada da edirik. Silahlı Qüvvələrimizin şəxsi heyəti dost və qardaş ölkələrin silahlı qüvvələrinə bu məsələ ilə bağlı təlimlər keçir”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı diqqət çəkdiyi məsələlərdən biri də regionda sabitliyin və əmin-amanlığın bərqərar edilməsi olub.
“Özü də tək bir ölkə üçün deyil... Bu məqamda hər kəsin masa arxasına əyləşməsi, danışıb müzakirə etməsi, atəşkəsin daimi olması, sabitliyin təmin edilməsi, insanların əmin-amanlıq içində yaşaması vacibdir. Bunun üçün nə etmək lazımdırsa, biz Türkiyə Cümhuriyyəti olaraq hər bir məsələdə olduğu kimi, bu məsələdə də çox konstruktiv, danışıqlara, dialoqa açıq, ağlabatan və məntiqli həllər irəli sürürük”, - deyə nazir əlavə edib.
Mənbə: Hurriyet
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm