Ali Baş Komanada məktub: “İnanırıq ki, Qarabağımız tezliklə işğaldan azad ediləcək”
14:36 17.06.2020
Cəmiyyət
604
Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Tərtər rayonundan Tunarə Məmmədzadə Ali Baş Komanada məktubunda vurğulayır:
“Çox hörmətli cənab Prezident, Sizin Tərtər rayonuna hər səfəriniz biz tərtərli gənclər üçün toy-bayrama çevrilir. İndi biz gənclərin bir araya gəlməsi üçün gənclər mərkəzimiz, şahmat gənclər idman məktəbimiz, möhtəşəm olimpiya idman kompleksimiz var. Siz gənclərimizin təhsilinə, tərbiyəsinə diqqət və qayğı ilə yanaşdığınız kimi, onların sağlamlığına da xüsusi diqqət yetirirsiniz. Açılışını yenicə etdiyiniz olimpiya idman kompleksi bunun bariz nümunəsidir.
Cənab Prezident, dünyanı koronavirus pandemiyasının ağuşuna aldığı bir vaxtda, bütün çətinliklərə baxmayaraq, rayonumuza səfər etdiyiniz, bizimlə birgə olduğunuz üçün cəbhə bölgəsində yaşayan vətənpərvər gənclər adından Sizə minnətdarlığımızı bildiririk. Biz gənclər həmişə Sizinləyik və Sizin rəhbərliyinizlə istər təhsildə, istər istehsalat, istərsə idman sahəsində yeni-yeni uğurlara imza atmağa söz veririk. İnanırıq ki, Qarabağımız tezliklə işğaldan azad ediləcək, o torpaqlarımızda üçrəngli Azərbaycan bayrağı dalğalanacaq. Tanrı Sizi, ailənizi və xalqımızı qorusun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm