Türkiyə Ali Məhkəməsi (Yargıtay) toyda taxılan qızıl və hədiyyələrin bölgüsü ilə bağlı illərdir tətbiq olunan qaydanı dəyişib. Yeni qərara əsasən, toyda kimə hədiyyə verilibsə, həmin əşya ona məxsus sayılacaq.
Sherg.az xəbər verir ki, qərar boşanma işi zamanı bəyə taxılan altı qızıl sikkənin kimə aid olması ilə bağlı mübahisədən sonra qəbul edilib. Ali Məhkəmə bildirib ki, qadına məxsus zinət əşyaları gəlinə, bəyə taxılan pul, qızıl və digər hədiyyələr isə bəyə aiddir.
Məhkəmə bu dəyişikliyi cəmiyyətin adət-ənənələrinin və iqtisadi münasibətlərinin zamanla dəyişməsi ilə əsaslandırıb. Nəticədə, qadının bəyə taxılan qızıllara sahiblik iddiasını qəbul edən Ailə Məhkəməsinin qərarı ləğv edilib.