| “İki ay öz biliklərimi bütün media işçiləri ilə bölüşər və var gücümlə neqativ halların aradan qalxmasına çalışaram” |
Alimdən MEDİAYA SƏRT SÖZLƏR: “Dil normalarına əhəmiyyət verilmir”
Banuçiçək Kalbalıyeva
11:49 07.05.2020
Cəmiyyət
753
“Ola bilsin, bilmirlər, qeyri-peşəkardırlar. Amma “bilmirlər” deyib keçmək olmaz”
“Mətbuat Şurasının xətti ilə ödənişsiz təlimlər keçməyə hazıram”
Dünən Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda Azərbaycan dili mövzusu ilə bağlı ictimai dinləmələr keçirilib.
Əslində buna çoxdan ehtiyac var idi. Çünki müxtəlif ictimai iaşə obyektlərinin adlarında, sosial mediada, hətta bəzən qeyri-peşəkar mətbuat orqanlarında belə dil normaları kobud şəkildə pozulur. Axı dil hər bir millətin, dövlətin varlığını göstərən əsas atributlardan biridir.
Uzun illər Azərbaycana rəhbərlik etmiş Ümumilli lider Heydər Əliyev də daim ana dilinin kənar təsirlərdən qorunmasına çalışırdı. Buna rəğmən bəziləri hər fürsətdə Azərbaycan dilinin normalarını pozur. Səbəb isə müxtəlifdir: biliksizlik və ya laqeydlik.
Məsələ ilə bağlı “Sherg.az”a fikirlərini bildirən Filologiya elmləri doktoru, dilçi-alim Adil Babayev dil normalarını pozanları ciddi tənqid etdi:
“Hər bir vətəndaş mütləq öz dilini sevməlidir. Böyük mütəfəkkir Firudin bəy Köçərli də deyirdi ki, başqa dildən söz gətirmək əllaməlik etməkdir. Başa düşürəm, əcnəbi dildə oxumaq, başqa dilləri öyrənmək olar. Amma bu, öz ana dilimizi unutmaq hesabına olmamalıdır”.
Professor xüsusilə gənclərin türkiyə türkcəsinə çox meyl etməsindən də gileyləndi:
“Müşahidə edirəm ki, biz son vaxtlar Türkiyə türkcəsindən çoxlu sözlər götürürük. Başım çıxmır ki, niyə açara “anahtar” deməliyik? Hər yerdə “start vermək” ifadəsini işlədirlər. Halbuki bu, idman termindir. “Güllələmək” sözü kökündən səhvdir. Güllələmək başqa mənanı ifadə edir. O, “atəş açmaq”la əvəzlənməlidir. “Dəmiryolu” əvəzinə, “rels” demək də düzgün deyil. Bu cür pozuntular çoxdur. Türklər bizim qardaşımızdır. Gərək bəzi sözləri biz onlardan götürdüyümüz kimi, onlar da azəri türkcəsindən istifadə etsinlər. Hər halda türk dilləri arasında ən təmiz və ifadəlisi azəri türkcəsidir.”
A.Babayev onu da bildirdi ki, media işçilərinə ödənişsiz təlim keçməyə hazırdır:
“Dediyim kimi, bəzi KİV-də heç kim dil normalarına əhəmiyyət vermir. Ola bilsin, bilmirlər, qeyri-peşəkardırlar. Amma “bilmirlər” deyib keçmək olmaz. Mən Mətbuat Şurasının xətti ilə ödənişsiz təlimlər keçməyə hazıram. İki ay öz biliklərimi bütün media işçiləri ilə bölüşər və var gücümlə bu cür neqativ halların aradan qalxmasına çalışaram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə