Alimlər araşdırdı
Yusif Nəzərli
06:20 15.04.2022
Cəmiyyət
513
İnsanlar nədən ortalama 80 yaş yaşayır?
İnsanların niyə orta hesabla 80 yaşa qədər ömür sürməsinin səbəblərini ingilis alimlər tədqiq edib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Kembricdəki Vellcome Sanger İnstitutunda aparılan tədqiqat insanlarda genetik zədə sürətinin ömür payının açarı ola biləcəyi reallığını ortaya qoyur.
Bu haqda “Nature” dərgisində məqalə yayımlanıb. Bildirilir ki, aşağı-yuxarı 80 yaş arası yaşayan insanlardan fərqli olaraq digər məməlilər daha az və ya daha uzun ömür sürür. İnsanların ömrü niyə əksər hallarda 80 yaşla məhdudlaşır? Tədqiqat burada genetik xətaların olmasını səbəb kimi göstərir. Məhz genetik xətalar insan ömrünün uzun və ya qısalığına təsir edir. Alimlər bu qənaətdədir ki, məməlilər fəsiləsinə aid olan kiçik heyvanlar enerjini daha sürətlə sərf edir, bunun üçün də hüceyrələrin yenilənməsi lazımdır. Bu da uzun ömürlülüyün açarıdır. 13 santimetr uzunluğundakı çılpaq köstəbək özündən dəfələrlə böyük ölçülü zürafə ilə eyni ömür yaşayır:
24-25 il. Buna səbəb heyvanların DNA-dakı mutasiya sayıdır. Çılpaq köstəbək siçanlar ildə 93, zürafələr isə 99 mutasiyaya uğrayır. İnsanlarda isə DNA mutasiyası ildə 47-dən yuxarı qalxmır. Tədqiqatçı yazar Dr.Alex Cagan bu tədqiqatla bağlı “bir siçan və bir pələng nə qədər bir-birilərinə zidd heyvanlar olsa da, ikisində də oxşar genetik dəyişiklik baş verir.
Bunun müəyyənləşməsi insanı heyrətə salır. Amma ən maraqlısı, ömrün uzunluğunun somatik mutasiya faiziylə əlaqəli olduğunun bilinməsidir. Bu somatik mutasiyaya uğramaların insanların yaşlanmasına səbəb ola biləcəyi ehtimalını artırır”.
Tədqiqatçılar 16 məməli üzərində tədqiqat aparıb və bağırsaqlardan alınan kök hüceyrələrdəki genetik xətaları analiz edib. Nəticə bu olub ki, mutasiyaların əmələ gəlmə riski nə qədər yavaşdırsa, o canlının ömrü bir o qədər uzundur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan süni yağışla bağlı pilot layihə hazırlayır
16:53 24.02.2026
Ekologiya
Azərbaycanda geyim istehsalı 4%-ə yaxın artıb
16:34 24.02.2026
İqtisadiyyat
Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
16:11 24.02.2026
Aktual
Qırğızıstana müvəqqəti kənd təsərrüfatı naziri təyin edildi
15:46 24.02.2026
Dünya
Bazarstore tıxacda qalan oruclular üçün iftar paketləri paylayıb
15:44 24.02.2026
Ölkə
SEPAH İranın cənubunda təlimlər keçirir
15:33 24.02.2026
Dünya
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
15:29 24.02.2026
Hadisə
Bakıda 13 kq narkotik dövriyyədən çıxarılıb
15:10 24.02.2026
Hadisə
Fatimə Mohacerani: Diplomatiyaya da, müharibəyə də hazırıq
15:02 24.02.2026
Dünya
Antonio Koşta: İndi Rusiya ilə danışıqlar üçün doğru zaman deyil
14:59 24.02.2026
Dünya
Ötən ay Azərbaycanda şəkər istehsalı kəskin azalıb
14:50 24.02.2026
İqtisadiyyat
Ukrayna Qərb-Rusiya savaşının qurbanına çevrilib - ŞƏRH
14:08 24.02.2026
Gündəm
Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edilib
13:26 24.02.2026
Hadisə
Rusiya Avropada elə yerlərdə mülklər alır ki...
13:22 24.02.2026
Dünya