Almaniyaya işləməyə getmək istəyən vətəndaşlara ŞAD XƏBƏR...
21:02 11.02.2021
Cəmiyyət
682
Gürcüstan vətəndaşları Almaniyanın əmək bazarında müvəqqəti qanuni işləyə biləcəklər.
24News.ge xəbər verir ki, bu barədə razılaşma Səhiyyə naziri Ekaterine Tikaradze və Almaniya Federativ Respublikasının səfiri Hubert Knirschin arasında həyata keçirilib.
Razılaşmaya əsasən, Gürcüstan vətəndaşları Almaniyada qanuni olaraq əkinçilik sektorunda mövsümi işləyə biləcəklər.
Almaniyada mövsümi işlər 1 aprel tarixindən başlayacaq, işləmək üçün qeydiyyat isə 15 fevraldan etibarən start götürəcək və il boyu davam edəcək.
İş axtaran şəxslər əvvəlcə http://workabroad.gov.ge xüsusi qeydiyyat portalında qeydiyyatdan keçməlidirlər, daha sonra isə müvafiq iş tapıldığı halda vətəndaşlarla nazirlik özü əlaqə saxlayacaq.
İş müddəti bir aydan üç aya qədərdir; İş saatları: həftədə beş-altı gün; Gündə səkkiz-on saat. Minimum əmək haqqı - saatda 9.50 avrodur. Vergilər, yemək və yaşayış xərcləri maaşdan çıxılır.
Mövsümi iş üçün müraciət edənlər aşağıdakı tələblərə cavab verməlidir:
● Gürcüstan vətəndaşı olmalıdır;
● 18 ilə 60 yaş arası olmalıdır;
● Almaniyaya getməzdən əvvəl 3 ay ərzində Şengen bölgəsinə səyahət etməməli olmalıdır;
● Fiziki sağlam olmalıdır;
● Müvafiq iş təcrübəsi və məhsul üçün motivasiyası olmalıdır;
● Ölkəyə yenidən girişini məhdudlaşdıran hər hansı bir səbəb (qanun pozuntusu) olmamalıdır;
● Alman və ya İngilis dilində ibtidai ünsiyyət bacarıqları olmalıdır, qrup işi olduğu təqdirdə isə, qrupun ən azı bir üzvü Alman və ya İngilis dilində ünsiyyət qurması vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya