AMEA hərəkətə keçdi! - “Kürdə suyun səviyyəsi..."
AMEA hərəkətə keçdi! - “Kürdə suyun səviyyəsi..."
Yusif Nəzərli
09:40 13.03.2023
Cəmiyyət
516
Salyan şəhəri ilə Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissədə Kür çayında suyun azalması nəticəsində yatağın sol sahilindən qədim maddi-mədəniyyət nümunələri aşkar edilib.
Bu barədə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan məlumat verilib.
Məlumatda qeyd edilib ki, bu maddi mədəniyyət nümunələri Neftçala rayon Cəngan kənd tam orta məktəbinin tarix müəllimi Şərəbanu Əhmədova tərəfindən aşkar olunub və Cəngan kənd orta məktəbində saxlanılır. Maddi mədəniyyət nümunələri ilə tanış olmaq və əraziyə baxış üçün 09-11 mart 2023-ci il tarixlərində AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin toplusu” bölməsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent M.M.Mustafayev və böyük laborant M.N.Qafarova Neftçala rayonuna ezam olunublar (N.R.Hüseynova könüllü olaraq iştirak edib). Arxeoloqlar rayonun Cəngan kənd tam orta məktəbində saxlanılan materiallarla tanış olub və Kürün yatağının həmin hissəsinə baxış keçiriblər.
Kəndin ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı müəyyən olunub ki, Kür çayının çəkilməsi nəticəsində, çayın birbaşa yataq hissəsindən məişət qabları (əksəriyyəti dağılmış vəziyyətdə) aşkar olunub. Ərazidə aparılan tədqiqatlarda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Neftçala rayonu üzrə baş mütəxəssisi Bahadır Məcidov, Cəngan kənd tam orta məktəbinin tarix müəllimi Şərəbanu Əhmədova da iştirak edib.
Aşkar olunan maddi-mədəniyyət qalıqları çox maraqlıdır. Ərazidən bir ədəd irihəcmli təsərrüfat qabının lülək hissəsi aşkar olunub. 10 mart tarixindən suyun səviyyəsi yenidən qalxmağa başlayıb və maddi-mədəniyyət nümunələri tapılan ərazinin çox hissəsi su altında qalıb. Arxeoloji materialların təhlilindən görünür ki, bu ərazidə orta əsrlərdən bu günədək yaşayış yeri mövcud olub. Neftçalanın Cəngan kənd tam orta məktəbində saxlanılan materialların bir qismi aktlaşdırılaraq, tədqiq olunması üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna, digər qismi isə Neftçala Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verildi.
Qeyd edək ki, 2022-ci ilin aprel ayında da Kür çayının çəkilməsi nəticəsində çayın en kəsiklərində küp qəbirlər üzə çıxmışdı. AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji abidələrin toplusu” bölməsinin əməkdaşları M.Mustafayevin rəhbərliyi ilə 25.04.-14.05 tarixlərdə Pirəbbə kəndində arxeoloji qazıntı işləri aparmışlar.
Aşkarlanan maddi mədəniyyət nümunələri bu ərazinin qədimiliyindən xəbər verir. Tapılan maddi mədəniyyət nümunələri arxeologiya elminə yeni töhfə verməklə yanaşı, həm də bu ərazilərdə arxeoloji qazıntı işlərinin aparılmasına və bölgənin yenidən tədqiq olunmasına ehtiyac olduğunu göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət