Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət edib.
Teleqraf xəbər verir ki, Anar Ələkbərov şəxsi "İnstaqram" hesabında bu sözləri yazıb:
"Dəyərli Xalq şairimiz Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ürəkdən təbrim edirik. Böyük söz ustadına möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qəlbinizin ruhu daim sözünüzə işıq olsun. Doğum gününüz mübarək!".
***
11:42
Bu gün Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı tamam olur.
Xalq şairi Teleqraf-a açıqlamasında təəssüratlarını bölüşüb.
“Dünənə qədər özümü yaxşı hiss etmirdim. İndi isə yaxşıyam, sanki bir az dirilmişəm. İlk təbriki Prezidentin köməkçisi Anar Ələkbərovdən aldım. Doğum günlərimdən qəribsəmişdim”.
Nəriman Həsənzadə səhhətindən də danışıb: “Səhhətim yaxşılaşıb. Dostlar, tanışlar zəng edir, bu da mənə ruh verir. İndi şeir yazıram”.
Qeyd edək ki, Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub.