Aparıcı TƏBİB-dən soruşur: "Ərəblərə açıq havada maskasız gəzmək olar?"
06:52 26.03.2021
Cəmiyyət
689
"Bir neçə il bundan əvvəl İslam Həmrəyliyi Oyunları zamanı "su estafeti" tədbiri ilə əlaqədər ölkə turuna çıxarkən Ağ Göl Milli Parkına da gəlmişdik. "Wikipediya" deyir ki, parkda ümumilikdə 500 mindən çox quş qışlayır, 140 növdən çox quş məskunlaşır, 87 növ quş yumurta qoyaraq bala verir. Burada rast gəlinən quşların 30 növünün adı "Azərbaycanın Qırmızı Kitabı"na salınıb".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkədə yazıb. O, ərəb turistlərin qanunsuz ov etməsi məsələsinə reaksiya bildirib:
"Yadımdadır, xüsusi icazələrimizin olmasına baxmayaraq, bizi həmin ərazidə elə müşayiət edirdilər, elə bil işləməyə yox, həmin quşlardan kabab çəkməyə gəlmişdik. Telefona çəkmək istəyəndə narazıçılıq edirdilər, az qala pıçıltı ilə danışırdıq ki, amanın günüdü quşları narahat etməyək. Sözün düzü bunları çox anlayışlı qarşıladıq, hətta sevindik ki, nə gözəl, təbiətimizin qayğısına qalırlar.
Sözümün canı nədir... Həmin adamlar, hardasız? Dinməz olmusunuz? Hara baxırsınız? Heç utanırsınız? Nə vaxta qədər biz sizin yerinizə utanacağıq? Nə qaldı ki, pula satmayasız? Abırınızı, əxlaqınızı, mənəviyyatınızı satdınız, atam doymadınız?
TƏBİB, soruşmaq ayıb olmasın, onlara virus yoluxmur? Onlara açıq havada maskasız gəzmək olar? Toplaşmaq da olar? Yoxsa onlar "cərimə"lərini öncədən ödəyiblər? Sizə elə gəlmir ki, ikili standartlarınız bir az çox oldu?!".
Qeyd edək ki, ərəblər Qax Dövlət Təbiət Yasaqlığında nadir Qafqaz durnasını ovlayıblar. Bildirilir ki, çoxalan populyasiyanın sayı təbiətdə 200-250 cütdən ibarətdir. Bundan başqa, onlar dünən gecə ovlanması qadağan olunan qaraqarın bağrıqara, bəzgək kimi quşları da ovlayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya