Aramızda koronaviruslu xəstələr var
01:33 16.09.2020
Cəmiyyət
1052
Bizi də Gürcüstandakı vəziyyət gözləyir
Evdə müalicə almaq yaşlı adamlar üçün çox risklidir
Son günlər Gürcüstanda COVID-19 virusuna yoluxma halları rekord sayda artıb. Koronavirusun yayılma riskinin yüksək olması ilə əlaqədar Gürcüstanda pandemiya ilə mübarizə tədbirləri sərtləşdirilib. Hökumət aparatının rəhbəri Natiya Mezvrişvili keçirilən brifinqdə bildirib ki, bu cür qərarın verilməsinə səbəb çətin epidemioloji vəziyyətdir. COVİD-19-a yoluxmuş insanların müalicəsi bu gündən, mehmanxanadan karantin zonasına çevrilmiş Tbilisi, Batumi və Kutaisi mehmanxanalarında başlanılıb. Yüngül simptomlu xəstələrin Batumi xəstəxanasından mehmanxanaya köçürülməsinə başlanılıb. Həmçinin pandemiya ilə əlaqədar olaraq Türkiyədə də vəziyyət gərginləşib. Bəs, ölkəmizdə də bu hal gözlənilirmi?
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən həkim Fidan İmaməliyeva ölkəmizdə də pandemiya ilə əlaqədar olaraq vəziyyətin gərginləşəcəyini bildirib. Onun sözlərinə görə, qonşu ölkələrdə olduğu kimi, bizdə də bu durum qaçılmazdır:
"Koronaviruslu xəstələr indi də aramızda var. Sadəcə olaraq, onlar xəstəxanaya getmirlər. Evdə müalicə olunmağa çalışırlar. Ona görə də dəqiq statistika aparmaq mümkün deyil. Amma evdə müalicə almaq yaşlı, habelə, digər xəstəliyi olan cavanlar üçün uyğunsuzdur. Çünki sonradan ağırlaşma prosesləri ola bilər. Nəticədə onlar ağırlaşmış formada xəstəxanaya düşəcəklər. Bu zaman onların həyatını xilas etmək mümkün olmayacaq.
Düşünürəm ki, bizdə yoluxma sayı baxımından vəziyyət çox pis gərginləşəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm