Araşdırma: Ağıllı kişilər daha sadiq olur

Araşdırmaya görə, zəka səviyyəsi yüksəldikcə münasibətlərdə bağlılıq da artır. Ağıllı kişilər daha az qısqanc, daha sabit və daha etibarlı partnyorlar kimi seçilirlər.

Sherg.az xəbər verir ki, Oakland Universitetinin ən azı 6 aydır münasibətdə olan 202 heteroseksual kişi üzərində apardığı araşdırma göstərib ki, problem həll etmə və düşüncə bacarıqları yüksək olan kişilər münasibətlərində daha sağlam davranır. Bu şəxslərin nəzarətçi davranışlara, əsassız qısqanclığa və riskli münasibətlərə meyli daha az olur.

Tədqiqatçılar nəticələrin mütləq həqiqət kimi qəbul edilməməli olduğunu vurğulasalar da, müəyyən zəka növlərinin sadiqliyə daha uyğun psixoloji profil formalaşdıra biləcəyini qeyd edirlər.