Arif Əliyev:“Elçibəyin 1999-cu ildə keçirilən ad gününü heç vaxt unutmaram”
Banuçiçək Kalbalıyeva
08:45 24.06.2020
Cəmiyyət
1151
Bu gün Azərbaycan Respublikasının dövlət başçılarından biri, Azərbaycan Xalq Cəbhəsinin banisi Əbülfəz Elçibəyin doğum günüdür. O, 1938-ci ildə dünyaya gəlmiş və sonrakı fəaliyyəti ilə adını qəlblərə əbədi yazmışdır. Ə.Elçibəy çıxışlarının birində deyib: “Mən bir türk övladıyam, öz taleyimi həmişə millətin taleyi ilə qovuşdurmağa çalışmışam”. Təkcə bu sitat Əbülfəz Elçibəyin necə böyük şəxsiyyət, dahi lider olduğunu bir daha təsdiqləyir. Təsadüfi deyil ki, illər keçsə də, bütün ictimai-siyasi dəyişikliklərə rəğmən, Azərbaycan vətəndaşları Əbülfəz bəyi ən xoş xatirələrlə xatırlayır, ona rəhmət oxuyurlar.
Elçibəyin doğum günü ilə bağlı “Sherg.az” saytı olaraq onun mətbuat katibi vəzifəsində çalışmış, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin fikirlərini öyrəndik. O, açıqlamasında Bəyin yaddaqalan fəaliyyətindən danışdı:
“Əbülfəz Elçibəy Azərbaycanın ikinci, xalqın isə seçdiyi birinci prezidentdir. Fəaliyyət dövrü qısa olsa, Azərbaycanın sonrakı inkişaf mərhələsinin əsas xarakteristikasını yaratdı.
Mən Elçibəylə işləməkdən həmişə qürur duymuşam. Bu tarixi dəfələrlə onunla birlikdə qeyd etmişik, ad günündə eyni masa arxasında oturmuşuq. Xüsusilə 1999-cu ildə keçirilən ad gününü heç vaxt unutmaram. Həmin mərasimdə mərhum jurnalist Nəcəf Nəcəfov da bizimlə idi.
Elçibəy həmişə deyirdi ki, mən bu ad günlərini Nəcəf üçün keçirirəm. Elə o da eks-prezidentin ad günündə məmnuniyyətlə iştirak edirdi. Yəni Elçibəy belə adam idi, hər kəsin sevgisini qazanmışdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm