Avtobusa maska ilə daxil olur…
07:29 03.09.2020
Cəmiyyət
670
Lakin sonra çıxarıb yaxını ilə qarşı-qarşıya dayanaraq söhbət edir
İctimai nəqliyyatlarda, yaxud da başqa qapalı məkanlarda nəzarətçilər qoyulmalıdır
"Azərbaycan dövləti pandemiya ilə mübarizədə digər ölkələrə örnək olacaq addımlar atır. Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilir. Bildiyimiz kimi, mart ayından sosial izolyasiya qaydaları tətbiq olundu və aprel ayının sonundan etibarən karantin rejimi yumşaldılmağa başladı. Amma bu gün görünən real mənzərə onu deməyə əsas verir ki, insanlar qoyulan sadə qaydalara əməl etməkdə maraqlı deyillər".
Bu sözləri "Şərq"ə açıqlamasında "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri Ziba Nəbiyeva deyib. O bildirib ki, pandemiya şəraitində təhlükəli virusdan qorunmağın ən effektiv üsulu tibbi maskalardan istifadə etməkdir:
"Tibbi maska həm COVİD-19 daşıyıcılarının ətrafa virus yaymalarının qarşısını alır, həm də insanlara təmas zamanı virus düşməsinə imkan vermir. Hökumət tərəfindən atılan bütün addımlar pandemiya ilə mübarizənin daha da güclənməsinə kömək edir.
İctimai nəqliyyatda apardığım müşahidələrim onu deməyə əsas verir ki, insanlar sosial məsuliyyət qaydalarına əməl etmirlər.
Avtobusa maska ilə daxil olurlar, lakin sonra çıxarıb yaxını ilə qarşı-qarşıya dayanaraq söhbət edirlər. Yəni onlar dövlət tərəfindən qoyulan xüsusi göstərişlərə, qaydalara əməl etmirlər.
Düşünürəm ki, ictimai nəqliyyatlarda, yaxud da başqa qapalı məkanlarda rəsmi qurumlar tərəfindən nəzarətçilər qoyulmalıdır. Bunun başqa yolu yoxdur. İnsanlar bütün qoyulan tələblərə ciddi şəkildə riayət etsələr, karantin qaydaları tezliklə yumşaldıla bilər.
Karantin şəraitində bu qədər yumşalma da düzgün deyil. Bu məsələlərdə insanlar daha çox həssaslıq nümayiş etdirməlidirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol