Avtomobil nəqliyyatından atmosferə atılmış çirkləndirici maddələr artıb

2025-ci ildə avtomobil nəqliyyatından atmosfer havasına atılmış çirkləndirici maddələrin miqdarı 2024-cü illə müqayisədə 12,8 faiz artaraq 959,8 min ton olmuşdur.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistka Komitəsi məlumat yayıb.

Bildirilib ki, avtomobil nəqliyyatından atmosfer havasına atılmış çirkləndirici maddələrin 67,3 faizini karbon oksidləri, 16,3 faizini karbohidrogenlər, 14,6 faizini azot oksidləri, 1,8 faizini isə digər maddələr təşkil edib.