Azad olunmuş ərazilərdəki xəstəxanalar təcili tibbi yardım avtomobilləri ilə təmin ediləcək
Yusif Nəzərli
10:27 09.12.2022
Cəmiyyət
330
İşğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.
"Report"un xəbərinə görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev dekabrın 9-da yeni alınan xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verib.
O bildirib ki, artan tələbatın və yeni yaradılmış tibb mərkəzlərinin, məntəqələrin, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən xəstəxanaların təcili tibbi yardım avtomobilləri ilə təmin edilməsi diqqət mərkəzindədir.
Agentlik tərəfindən 2020-ci ildən indiyədək 84 ədəd “Fiat Doblo”, 131 ədəd “Mercedes”, 34 ədəd “Ford Transit” markasına aid olan ümumilikdə 249 təcili tibbi yardım avtomobili satın alınıb. Həmçinin xüsusi 2 differensiallı (4x4) “Mercedes Vito” avtomobilləri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.
Həmin avtomobillərdən 44 günlük Vətən müharibəsi zamanı çətin və yolsuzluq şəraitlərində yaralıların təxliyəsində istifadə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian öldürülən etirazçılardan danışdı
22:33 17.02.2026
Region
Hacıqabulda baş verən qəzada sürücü ölüb
22:12 17.02.2026
Hadisə
Yıldız Tilbə 12 min nəfərə iftar verəcək
21:20 17.02.2026
Dünya
“Nyukasl”ın baş məşqçisi Qələbə qazanmaq bizim üçün vacibdir
20:50 17.02.2026
Dünya
Leyla Əliyeva Albaniyanın Baş naziri ilə görüşüb
20:41 17.02.2026
Siyasət
Avropa Komissiyası "Shein" platformasına qarşı araşdırma başlatdı
20:20 17.02.2026
Dünya
Nərimanı heç kim əvəz etməyəcək - Qurbanov
20:09 17.02.2026
Futbol
Cenevrədə İran–ABŞ danışıqları başa çatdı
19:58 17.02.2026
Dünya
Ərdoğan: Afrikada yeni münaqişə bölgələrinin yaranmasına qarşıyıq
19:49 17.02.2026
Dünya
Əraqçı: "ABŞ-İran danışıqları konstruktiv məcrada keçib"
19:32 17.02.2026
Dünya
Münhen Təhlükəsizlik Konfransında Bakı güclü mesaj verdi - ŞƏRH
19:16 17.02.2026
Gündəm
ABŞ-nin xüsusi təyyarəsi Britaniya sahillərində qəza siqnalı verdi
19:03 17.02.2026
Dünya
Bəzi şəxslərə pulsuz mənzil veriləcək
18:55 17.02.2026
Sosial
"Liverpul" Məhəmməd Salaha əvəzləyici tapıb
18:52 17.02.2026
Futbol