Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Aparat rəhbəri vəzifəsi Fərman Qurbanlıya həvalə edilib.
Sherg.az "Report"a istinadən xəbər verir ki, bu barədə ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, Fərman Qurbanlı bu təyinatadək ETSN-in Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.