Azərbaycan Avropaya yeni qapı açır
Yusif Nəzərli
05:45 29.10.2021
Cəmiyyət
429
Zəngəzur dəhlizi Orta Asiya ölkələrini də həvəsləndirəcək
Çünki Orta Asiyanın Rusiyadan yan keçməklə Avropaya çıxması üçün ən uyğun alternativ yol Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizidir
Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı və eləcə də Süveyş kanalından keçən dəniz nəqliyyat yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, eləcə də Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradır. Süveyş kanalında “Evergreen” gəmisinin qəzaya uğraması gün ərzində Qərbə daşınan yüklər üzrə 5.1 milyard və Şərqə daşınan yüklər üzrə isə 4.5 milyard olmaqla, ümumilikdə 9.6 milyard dollar zərərə səbəb olub.
Ümumilikdə dünya ticarətinin təqribən 12 faizinin bu kanal vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, alternativ nəqliyyat arteriyalarının, o cümlədən Zəngəzur dəhlizi ilə Azərbaycanın Avrasiyanın nəqliyyat infrastrukturunda iqtisadi əhəmiyyətini görə bilərik. Özbəkistan və Türkmənistan prezidentləri səviyyəsində Cənubi Asiya və Cənubi Qafqazın nəqliyyat-logistika imkanlarının müzakirəsi deməyə əsas verir ki, Mərkəzi Asiya ölkələrinin yeni nəqliyyat dəhlizlərindən, o cümlədən Azərbaycanın tranzit imkanlarından istifadədə marağı böyükdür.
Zəngəzur dəhlizi ilə bağlı digər qeyd olunması vacib məqamlardan biri də Aşqabat müqaviləsi ölkələrinin Avropaya reinteqrasiyası üçün yeni perspektivlər yaratmasıdır. Aşqabat müqaviləsi Türkmənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan arasında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafı və digər nəqliyyat dəhlizləri ilə birgə fəaliyyətin təmin edilməsi məqsədilə imzalanıb. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avropa bazarlarına çatdırılması Qarabağ regionunun iqtisadi potensialının artırılmasında xüsusi rol oynaya bilər. Belə qənaətə gəlmək olar ki, Zəngəzur dəhlizinin yaradılması ilə formalaşan yeni iqtisadi konyuktura Asiya və Avropanın nəqliyyat infrastrukturunda xüsusi önəmə malik olacaq.
Siyasi şərhçi Azər Həsrət “Şərq”ə bildirib ki, Orta Asiya ölkələrinin daha fəal şəkildə bu coğrafiyadan istifadə etməsi perspektiv məsələsidir. Analitik vurğulayıb ki, faktiki olaraq Qazaxıstanı çıxsaq, yerdə qalan digər türk respublikaları bizim arzu etdiyimiz səviyyədə Azərbaycanın nəqliyyat kommunikasiya imkanlarından istifadə etmir:
“Türkmənistan da müəyyən mərhələdə, müəyyən səviyyədə istifadə edir. Amma Özbəkistan, Qırğızıstan, o cümlədən Tacikistan hələki fəal şəkildə bu imkanlardan istifadə etmir. Ona görə də Zəngəzur dəhlizinin açılması həmin ölkələrin həvəslənməsinə səbəb olacaq. Çünki Orta Asiyanın Rusiyadan yan keçməklə Avropaya çıxması üçün ən uyğun alternativ yol Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizidir. Zəngəzur dəhlizi açıldıqdan və yol üzərindəki bütün əngəllər aradan qalxandan sonra Özbəkistan və Qazaxıstan kimi dövlətlər əlavə imkanlarını bura sərf edəcəklər. Eləcə də Türkmənistan, Qırğızıstan və Tacikistanın dəhliz vasitəsi ilə Avropaya çıxmaq meyilləri güclənəcək. Hazırda böyük həcmdə olmasa da, bu ölkələr Avropaya çıxır və öz ticarət əlaqələrini qururlar. Amma bu əlaqələr Rusiya üzərindən gedir və həmin ölkələrin asılılığını artırır. Azərbaycan üzərindən keçərək Avropaya çıxmaq Orta Asiya ölkələri üçün daha cəlbedicidir. Bu həm də türk dövlətlərinin daha sıx birləşməsinə, əməkdaşlığın formalaşmasına xidmət etmiş olacaq. Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra Azərbaycandan keçməklə Türkiyəyə, oradan Avropaya çıxış əldə edən Orta Asiyanın türk respublikaları dəhlizin onlar üçün daha əlverişli olduğunun fərqinə varacaqlar. Onlar bu yoldan daha artıq istifadə etməyə üstünlük verəcəklər. Bu isə Azərbaycanın da daxil olduğu türk coğrafiyasında inteqrasiya proseslərini sürətləndirəcək. Xalqlar arasındakı ünsiyyət, gediş-gəliş artacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AFFA 2026/27 mövsümü üçün bu klublara lisenziya verdi
18:51 08.05.2026
Futbol
Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi
18:34 08.05.2026
Gündəm
Rasmussen: NATO-nun dağılması prosesi başlayıb
18:24 08.05.2026
Dünya
Sabah Azərbaycandan Ermənistana 8 vaqon dizel göndəriləcək
18:08 08.05.2026
İqtisadiyyat
Qazaxıstan Prezidenti mayın 9-da Putinlə görüşəcək
17:55 08.05.2026
Gündəm
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub
17:28 08.05.2026
Gündəm
Elə dilənçilər var ki, günə 500-600 manat qazanırlar - EKSPERT
17:19 08.05.2026
Cəmiyyət
Marko Rubio İranla bağlı son hərbi vəziyyəti şərh edib
16:53 08.05.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
16:37 08.05.2026
Aktual
Tramp İranla müharibəni 6 həftəlik ekskursiya kimi qələmə verib
16:02 08.05.2026
Dünya
İran BƏƏ-ni vurdu, üç nəfər yaralandı
15:45 08.05.2026
Dünya
Abbas Əraqçi: ABŞ yenə hərbi macəraya üz tutdu
15:44 08.05.2026
Gündəm