“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son dedikləri Ermənistan üçün çox ciddi ismarıc oldu. Yeddi rayonumuzn mərhələli şəkildə qaytarılması haqqında bəyanatdan sonra düşmən vəziyyəti daha aydın başa düşdü. Həmçinin Dağlıq Qarabağda təşkil edilən tədbirlər, dövlət başçılarının, müdafiə nazirlərinin imzaladıqları bəyanatlar da göstərir ki, Azərbaycan gec-tez müharibəyə başlamalıdır. Azərbaycanın nə vaxtsa çox ciddi anti-terror əməliyyatları keçirəcəyini Ermənistan da anlayır. Bizim qüdrətli ordumuz, ən müasir texnikamız, Rusiya, Türkiyə, Pakistan, İsrail kimi ölkələrdən aldığımız bahalı silahlar buna imkan verir. Sərhədçilərimiz, kəşfiyyatçılarımız düşmənin hər hərəkətinə nəzarət edirlər. Biz hər an onlara lazımi formada cavab vermək iqtidarındayıq. Sadəcə məqamı gözləmək lazımdır. Zaman öz sözünü deyəcək və hər şeyi yerbəyər edəcək”.
“Azərbaycan gec-tez müharibəyə başlamalıdır”- Ritorika dəyişmir