Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü üçün müvafiq işlər aparılacaq
Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü üçün müvafiq işlər aparılacaq
Yusif Nəzərli
11:19 08.12.2022
Cəmiyyət
264
Ötən gün Moskva şəhərində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Moskva və bütün Rusiya Patriarxı Kirillə görüşü keçirilib.
APA xəbər verir ki, görüşdə eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin növbəti görüşünün keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Şeyxülislam Allahşükür Paşazadə xüsusi olaraq erməni kilsəsini beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşmağı və 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın müddəalarına uyğun olaraq bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına töhfə verməyə çağırıb.
Görüşdə QMİ-nin timsalında Azərbaycanın dini lideri Şeyxülislam A.Paşazadənin və Rus Pravoslav Kilsəsinin timsalında Patriarx Kirillin ikitərəfli görüşlərinin səmərəli şəkildə davam etdirilməsinin əhəmiyyəti qeyd olunub, Eçmiədzinin timsalında erməni katolikosu ilə üçtərəfli görüş formatının saxlanılması və gələcəkdə yeni üçtərəfli görüşün təşkili üçün müvafiq işlərin aparılması məqsədəuyğun hesab edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm