“Son on ildə bizdə bu sahə çox inkişaf edib. Süni peyklərin buraxılmasından tutmuş, yerli innovasiya məkanlarının yaradılmasına qədər bütün istiqamətlərdə texnologiyanın inkişafı hiss olunur. Düzdür, müəyyən problemlər var. Çünki innovativ texnoloji avadanlıqları özümüz istehsal etmirik. Buna görə də texnoloji parklar yaradılır. Yaxın gələcəkdə biz texnoloji avadanlıqları idxal yox, ixrac edəcəyik”.
“Azərbaycan texnoloji avadanlıqları idxal yox, ixrac edəcək” - Ekspert
Banuçiçək Kalbalıyeva
13:14 18.05.2020
Cəmiyyət
969
Bir neçə gün əvvəl Prezident İlham Əliyev CİSCO şirkətinin rəhbərləri ilə videokonfrans keçirib. Videokonfransda dünya liderləri, aparıcı biznes, maliyyə institutları, ictimai-siyasi xadimlər tərəfindən Azərbaycan Prezidentinin təşəbbüslərini təqdir edib və dövlət başçımızın liderlik səylərini yüksək qiymətləndiriblər.
CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer qeyd edib ki, Azərbaycan dövlət başçısının texnologiyaya belə açıq olması məmnunedici haldır. Prezident İlham Əliyevin təkcə regionda deyil, dünya miqyasında texnologiyaya dəstək verən lider olduğu vurğulanıb.
Bununla bağlı “Sherg.az”a münasibət bildirən internet-media eksperti Səbuhi Abbasov ölkədə texnologiyanın yüksək sürətlə inkişaf etdiyini bildirdi:
“Son on ildə bizdə bu sahə çox inkişaf edib. Süni peyklərin buraxılmasından tutmuş, yerli innovasiya məkanlarının yaradılmasına qədər bütün istiqamətlərdə texnologiyanın inkişafı hiss olunur. Düzdür, müəyyən problemlər var. Çünki innovativ texnoloji avadanlıqları özümüz istehsal etmirik. Buna görə də texnoloji parklar yaradılır. Yaxın gələcəkdə biz texnoloji avadanlıqları idxal yox, ixrac edəcəyik”.
S. Abbasovun sözlərinə görə, İKT-ın inkişafı hər bir dövlət üçün vacibdir:
“Biz pandemiya dövründə texnologiyanın hansı əhəmiyyətə malik olduğunu bir daha gördük. Bu, hər şeydən əvvəl informasiya təminatı baxımından labüddür. İKT-ın inkişafı hər bir ölkənin ümumi inkişafına təsir göstərir, həmin prosesi daha da sürətləndirir, optimallaşdırır. Əminliklə demək olar ki, Azərbaycan da bu prosesə mühüm töhfələr verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət