“Azərbaycan və Türkiyə hazır vəziyyətdə olmalıdır”
Yusif Nəzərli
12:39 07.10.2021
Cəmiyyət
539
Ötənlərdə Azərbaycan və Türkiyə hərbçilərinin birgə döyüş atışlı taktiki təlimi başlayıb. Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq - 2021” təliminin ssenarisinə görə, bölmələr praktiki fəaliyyətləri yerinə yetirirlər. Ərazi komandirlər tərəfindən qiymətləndirilir, düşmən mövqelərinə gizli yaxınlaşma istiqamətləri təyin olunur, hərəkət marşrutları mənimsənilir, şəxsi heyyətin fəaliyyəti müxtəlif üsullarla məşq etdirilir.
Sözüsüz ki, son vaxtlar Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi hərbi təlimlər bəzi ölkələrin narahatlığına səbəb olur. Bununla yanaşı, sistemli təlimlərin reallaşması Qarabağda növbəti antiterror əməliyyatının gerçəkləşməsi ehtimalını gündəmə gətirir.
Təlimin əhəmiyyəti ilə bağlı “Sherg.az”a danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycan və Türkiyə orduları arasında sistemli təlimlər keçirilir:
“Düzdür, indiyə qədər də birgə təlimlər baş tuturdu. Amma hazırda daha sıx təşkil edilir. İndiki təlimlər xüsusi ilə Silahlı Qüvvələrin həm növləri, həm ixtisaslar, həm də xidmətlər üzrə reallaşır”.
Polkovnik qeyd edib ki, Azərbaycanla Türkiyə hüquqi sənəd qəbul edib:
“Həmin sənəd əsnasında ehtiyac olarsa, Azərbaycan ordusu Silahlı Qüvvələri müttəfiq ölkənin, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın maraqlarından çıxış etməyə imkan verir. Hüquqi baza olduqdan sonra gərək iki ordu birgə təlimlər keçirsin. Bu və bundan sonrakı təlimlər də planlıdır. Məqsəd iki qardaş ölkənin birgə fəaliyyət göstərməsi, ordunun döyüş hazırlığını yüksəltmək və müştərək olaraq tapşırıqları yerinə yetirmək üçün hazır olmaqdır. Bundan başqa, koordinasiya, əlaqələndirmə məsələləri, təcrübə mübadilələri də məqsədlərə daxildir”.
Ş.Ramaldanov diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyənin maraqları məhz regionda stabilliyi qorumaqdır:
“Cənubi Qafqaz çox təhlükəli region sayılır. Burada hər an hər hansı bir təxribat ola bilər. Ona görə də düşünürəm ki, bu təlimlərin keçirilməsi məqsədyönlüdür. Əlbəttə, antiterror fəaliyyəti ilə bağlı təlimlər təşkil edilən ölkələrin cəmiyyətlərində suallar yaranır. Bu hərbi təlimlərlə bağlı da insanlarda müəyyən suallar yaranır və bu da normaldır”.
Ekspert onu da əlavə edib ki, birgə təlimlər iki ölkənin daxili işidir, heç bir məsələyə yönəlməyib və dostlarımız uğurumuza sevinirlər:
“Düşmənlərə isə bu bir mesajdır ki, Azərbaycanla Türkiyə birgədir. Azərbaycanın maraqları artıq qardaş ölkənin, Türkiyənin maraqları isə Azərbaycanın maraqları kimi qəbul edilməlidir. Hər hansı təhlükə yaranarsa, iki qardaş ölkə birlikdə həmin o təxribatın qarşısını almağa hazır vəziyyətdə olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət