Azərbaycanda cari ilin ilk 6 ayında 77 uşaq övladlığa verilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 39-u qız, 38-i oğlandır.
Qeyd edilib ki, övladlığa verilənlər arasında 3 yaşınadək uşaqlar üstünlük təşkil edib.