"...Azərbaycanda da maska taxmaq məcburi ola bilər” - Qaydalara əməl edək !
Banuçiçək Kalbalıyeva
13:14 24.06.2020
Cəmiyyət
778
“Ajiotaj yaratmadan, elementar qaydalara əməl etsək, buna ehtiyac qalmaz”
ABŞ-ın Vaşinqton ştatında iyunun 26-dan etibarən maska taxmaq məcburi olacaq. Bu barədə ştatın qubernatoru Cey İnsli “Twitter” hesabında yazıb.
O, sosial məsafəni saxlamaq mümkün olmadığı təqdirdə, maskaların həm qapalı məkanlarda, həm də açıq havada taxılmasının lazım olduğunu bildirib.
“Biz COVID-19-un Vaşinqtonda hazırda olduğu kimi yayılmasına imkan verə bilmərik”, - deyə C.İnsli bildirib.
İndi təkcə ABŞ-da yox, digər dünya ölkələrində də bu təcrübə tətbiq edilir. Azərbaycandakı statistika onu göstərir ki, bu, bizim üçün də istisna deyil.
“Azəri-türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bu barədə “Sherg.az”a fikirlərini bildirərkən analoji təcrübənin arzuolunmaz olduğunu vurğuladı:
“Bu gün Azərbaycanda da qapalı məkanda maska taxılır. Hətta bu qaydadan kənara çıxanlar cərimələnirlər. Ancaq, əlbəttə, heç kim istəməz ki, açıq havada da maska taxılsın. Ümid edirəm ki, buna ehtiyac da qalmaz. Əslində maskanın məcburi olub-olmaması vətəndaşlarımızın öz əlindədir. Əgər ajiotaj yaratmadan, panikaya düşmədən, sadəcə elementar qaydalara əməl edərək özümüzü və əzizlərimizi qorumağı bacarsaq, buna ehtiyac qalmaz. Əks halda isə bizdə həm qapalı məkanda, həm də açıq havada maska taxmaq məcburi ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm