Azərbaycanda “Kinder” yumurtalarında bakteriya tapılıb? - RƏSMİ AÇIQLAMA
Yusif Nəzərli
14:20 06.04.2022
Cəmiyyət
633
Azərbaycanda “Kinder Surprise” adlı yumurta formalı şokoladlarda salmonella (təhlükəli qida infeksiyası) aşkarlanmayıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, İngiltərənin Qida Standartları və İrlandiyanın Qida Təhlükəsizliyi agentliklərinin yaydıqları rəsmi məlumatlara əsasən, İtaliyanın “Ferrero” şirkəti Belçikada yerləşən müəssisəsində istehsal olunan, son istifadə müddəti məhsulun çeşidinə uyğun olaraq 20 aprel-21 avqust, habelə 11 iyul-7 oktyabr 2022-ci il tarixləri olan aşağıdakı cədvəldə qeyd edilən məhsullarında salmonella olması ehtimalını nəzərə alaraq, həmin məhsul partiyalarının əsas satış ölkələri olan İngiltərə, İrlandiya, Almaniya, İsveç, Fransadan geri çağırılmasına dair qərar qəbul edib.
Şirkətin rəsmi açıqlamasında sınaq yoxlamaları zamanı həmin məhsullarda salmonella aşkarlanmadığı bildirilsə də, ehtiyat tədbiri olaraq araşdırmalar bitənədək bu qənaətə gəlindiyi vurğulanır. Eyni zamanda İngiltərə və İrlandiyada uşaqlar arasında salmonella mənşəli zəhərlənmələrə rast gəlindiyi əsas götürülərək, qeyd edilən məhsul partiyalarında salmonella ilə bağlı xüsusi araşdırmalara başlanılıb.
AQTA bildirir ki, ölkəmizə idxal olunan bütün növ qida məhsulları, o cümlədən “Ferrero” şirkətinə məxsus məhsullar idxal olunduğu ölkədən asılı olmayaraq, risk əsaslı nəzarət tətbiq edilməklə müayinələrə cəlb olunur.
Məlumat üçün bildiririk ki, ölkəmizə müxtəlif ölkələrdən “Ferrero” şirkətinə məxsus qeyd edilən məhsullar idxal edilmiş və Agentlik tərəfindən digər göstəricilərlə yanaşı, salmonellaya görə müayinələrə cəlb edilmiş və salmonella törədicisi aşkarlanmayıb. Eyni zamanda, 2022-ci ildə Agentliyə uşaqlar arasında salmonella mənşəli qida zəhərlənməsi ilə bağlı bildiriş daxil olmayıb.
Hazırda araşdırmalar davam etdirilir və araşdırmaların nəticələri əsasında ictimaiyyətə əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə