Azərbaycanda qızını zirzəmidə saxlayan ataya hökm oxundu
Yusif Nəzərli
15:53 11.05.2023
Cəmiyyət
480
Mingəçevir Şəhər Məhkəməsində əqli geriliyi olan 19 yaşlı qızına əzab verən, onu zirzəmidə və həyətdə boruya bağlı halda saxlayan atanın məhkəməsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, 1978-ci il təvəllüdlü Ü.Bədəlov Cinayət Məcəlləsinin 133.2.4, 133.2.6 və 145.2.5-ci (Əzab vermə - köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə törədildikdə və qanunsuz azadlıqdan məhrumetmə - zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə Ü.Bədəlov 3 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. İstintaq və məhkəmə prosesi dövründə ev dustaqlığında olan şəxs məhkəmə zalındaca həbs edilib.
Məhkəmədə bildirilib ki, 4 uşaq atası olan Ü.Bədəlov 2022-ci ildən etibarən ortadərəcəli əqli inkişafında davranış pozğunluğu və “kaxeksiya” diaqnozu qoyulmuş qızına tibbi kömək göstərilməsi və lazımi şəraitdə saxlanılması üçün mümkün ola biləcək ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət etməyib. O, qızının keçirdiyi psixoloji xəstəlik səbəbindən 2022-ci ildən etibarən digər ailə üzvlərinin də ona qulluq göstərilməsinin qarşısını alaraq, keçirdiyi psixoloji xəstəliyinə görə qızını günahlandırıb. Ü.Bədəlov qızını mütəmadi döyərək xəsarətlər yetirib, onu evinin zirzəmisində pis qoxulu, qaranlıq yerdə aclığa və digər qeyri-insani rəftara məruz qoymaqla, həmçinin həyətdə dirəyə bağlamaqla saxlayıb.
Ü.Bədəlov ifadəsində qızının keçirdiyi psixoloji xəstəlikdən sonra evdəki əşyalara tez-tez ziyan vurduğunu, həyətdən çıxıb qaçdığını və məcbur qalıb onu qapalı zirzəmidə saxladığını, həmçinin həyətdə dirəyə bağladığını deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm