Azərbaycanda rüşvətə qarşı ciddi işlər görüləcək
Turan
07:57 02.09.2020
Cəmiyyət
995
Tahir Kərimlinin sözlərinə görə, dövlət və ictimaiyyət əl-ələ verərək korrupsiya bəlasından birdəfəlik xilas olmalıdır
Prezident İlham Əliyev Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin köməkçisi Fuad Ələsgərov, Administrasiyanın Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Daxili işlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev korrupsiyaya qarşı mübarizə komissiyasının üzvləri təyin olunublar. Ümumiyyətlə, son dönəmlər qlobal bəlaya çevrilən korrupsiyaya qarşı dövlət səviyyəsində ciddi tədbirlər görülür.
Korrupsiya dövlətin iqtisadi inkişafında başlıca maneələrdən biridir. Rüşvət amili vətəndaşların dövlət təsisatlarına inamını zəiflədir. Ölkəmiz antikorrupsiya siyasətində öz xəttini və kursunu davam etdirməkdədir. Xüsusən, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində mövcud korrupsiya elementləri tədricən aradan qalxmaqdadır. Ölkə başçısı bir çox çıxışında korrupsiyaya qarşı sərt addımların atılacağını, rüşvətxor məmurlara və vəzifəli şəxslərə əsla güzəşt edilməyəcəyini vurğulayıb. Prezident korrupsiya ilə mübarizədə qeyri-hökumət təşkilatlarını, siyasi qurumları, media nümayəndələrini və sadə vətəndaşları da aktiv olmağa, ictimai nəzarət funksiyasını həyata keçirməyə səsləyib. Son dövrlərdə bəzi nazirlik rəsmilərinin, icra başçıları və digər məmurların korrupsiyaya görə həbs olunması dövlətin bu məsələdə nə qədər qətiyyətli olduğunun təzahürüdür.
Azərbaycanda rüşvətə qarşı aparılan mübarizəni “Şərq”ə dəyərləndirən millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli görülən tədbirlərin müsbət nəticə verəcəyinə inanır. Deputatın sözlərinə görə, dövlət və ictimaiyyət əl-ələ verərək korrupsiya bəlasından birdəfəlik xilas olmalıdır:
“Sovet dövründə cinayət məcəlləsində rüşvətxorluqla bağlı xüsusi maddələr var idi. Amma korrupsiya sistemi haqqında qanun yox idi. Sonradan belə bir qanunun qəbuluna ehtiyac duyuldu. Çünki rüşvət dar çərçivələrdə həyata keçirilirsə, korrupsiya daha geniş miqyas alır və bir növ dövlətləşmiş rüşvət sayılır. Şərt deyil ki, hansısa məsələnin həlli üçün mütləq kiməsə pul verəsən. Məmurun dövlət tərəfindən elan olunan müsabiqədə öz şirkətini “qalib” elan etməsi, fərqli formalarda pul mənimsəməsi, tərəfdaşlıq etməsi korrupsiya elementləridir.
Bu kimi faktlar dövlətin “evini yıxır”, ölkənin demokratikliyinə, qanunların aliliyinə xələl gətirir və ciddi problemə çevrilir. Dünyanın bir çox ölkəsi kimi Azərbaycan da korrupsiya cəhətdən xeyli ziyan çəkib. Ölkəmizdə rüşvətin olduğunu etiraf etmək lazımdır. Görünür, kadr siyasətində müəyyən problemlər var idi, qanunlarımız dəqiq işləmirdi və s. Lakin indi mənzərə başqadır”.
Parlament üzvünün sözlərinə görə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi birbaşa ali nəzarət və istintaq orqanıdır. Korrupsiyaya qarşı mübarizə üzrə komissiyası isə dövlətin bütün sahələrini əhatə edir və daha çox səlahiyyətə malikdir:
“Komissiya üzvləri arasında yeni simaların olması bu istiqamətdə çox ciddi işlərin görüləcəyindən xəbər verir. Əminik ki, Komissiya öz vəzifəsinin öhdəsindən gələcək. Hazırda mərkəzi və yerli icra hakimiyyəti orqanlarında aparılan korrupsiya araşdırmaları ümumi mübarizənin bir hissəsidir. Deputat və partiya sədri kimi cənab Prezidentin islahatlarını dəstəkləyirəm.
Dövlət başçısının Azərbaycan cəmiyyətinin daha da saflaşdırılması və şəffaflığı istiqamətində atdığı addımları yüksək dəyərləndirirəm. Siyasi partiya olaraq biz də ictimaiyyəti maarifləndiririk ki, ictimai nəzarət prosesində fəal iştirak etsinlər, dövlətə yardımçı olsunlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol