Azərbaycanda yeni neft sazişi təsdiq ediləcək
Yusif Nəzərli
12:21 28.03.2022
Cəmiyyət
519
Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının yenidən işlənilməsinə başlanacağı planlaşdırılır.
“Report”un xəbərinə görə, bununla bağlı parlamentə “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi daxil olub.
Sənəd sabah Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Buzovna-Maştağa yatağı Abşeron yarımadasının şimal-şərqində, Şərqi Abşeron neftli-qazlı rayonunda, Maştağa və Buzovna kəndlərinin arasında yerləşir. Yataq 588 hektar (7 km x 2 km) ərazini əhatə edir və braxiantiklinal quruluşludur. Sənaye əhəmiyyətli işlənməyə 1941-ci ildən başlanılıb. Yataq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən istismardadır.
Yatağın işlənməsinə başlanandan 2021-ci ilin yanvarın 1-dək 1 326 quyu qazılıb. Həmin quyulardan indiyədək 29,74 milyon tona yaxın neft, 5,4 milyard kubmetrə yaxın qaz hasil olunub. Yataq üzrə maksimum hasilat - 1950-ci ildə 1 milyon 927 min ton təşkil edib. Yatağın qalıq çıxarılabilən neft ehtiyatları 6,74 milyon ton, qaz ehtiyatı 0,65 milyard kubmetr təşkil edir.
Qeyd edək ki, “Qala” (Köhnə Qala) neft yatağı Abşeron yarımadasının şərq hissəsində Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşir. Yatağın işlənməsinə başlanandan 2021-ci ilin yanvarın 1-i tarixinədək 1 517 quyu qazılıb, hazırda onlardan 73-ü istismar fondundadır. Yataqdan 58,41 milyon ton neft, 9,7 milyard kubmetr qaz hasil olunub. Hazırda yataq işlənmənin sonuncu - IV mərhələsindədir və sulaşması– 95,5 %, cari neftvermə əmsalı 0,47-dir. “Qala” yatağı SOCAR-ın “Azneft” İB-in H.Z.Tağıyev adına NQÇİ tərəfindən istismar olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm