Azərbaycandan xaricə səyahət edənlərin çoxu Türkiyə istiqamətini seçir
13:07 13.09.2020
Cəmiyyət
827
Hazırda Azərbaycandan xaricə səyahət edənlərin çoxu Türkiyə istiqamətini seçir.
Bunu Trend-ə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) Ekspertlər Şurasının sədri Göydəniz Qəhrəmanov deyib.
Onun sözlərinə görə, hazırda Bakıdan xarici ölkələrə birbaşa uçuşlar yalnız bir neçə şəhərə yerinə yetirilir:
"Buna görə də insanlar daha çox Turkiyə istiqamətinə səyahət edirlər. Digər xarici ölkələrə gedənlərin sayı çox azalıb. Bu, həm də onunla əlaqədardır ki, COVID-lə bağlı xarici dövlətlərdə məhdudiyyətlər çoxdur. Bir çox dövlətlərin sərhədləri hələ də bağlı olarag qalır, buna görə də turistlərin həmin ölkələrə getməsi müvəqqəti olaraq mümkün deyil".
Turizm üzrə ekspert Fariz Hacıyev isə Trend-ə açıqlamasında bildirib ki, son həftələr ərzində Türkiyəyə turların qiymətlərində artım müşahidə edilir.
Onun sözlərinə görə, Türkiyədə bölgələr arasında gediş-gəliş, ölkə daxili uçuşlar bərpa edildikdən sonra ilk dövrlərdə hotel qiymətlərində kəskin enmələr müşahidə olunurdu:
"Bunun əsas səbəbi əsasən xarici turistlər tərəfindən qış aylarından hotellərdə rezervasiyaların edilməsi idi, lakin məlum səbəbdən uçuşların böyük bir qismi ləğv edildi və hoteller boş qaldı. Boşluğu doldurmaq üçün sərt karantindən sonrakı ilk bir ayda müxtəlif kampaniyalar keçirildi, turistlərə ucuz qiymətlər təklif edildi. Amma artıq son həftələrdə qiymətlərdə artım müşahidə olundu. Çünki artıq beynəlxalq uçuşların sayının xeyli artması nəticəsində Türkiyə turizmi canlanmağa başladı".
F.Hacıyev hazırda Azərbaycan turistlərinin də Türkiyə turizminə maraq göstərdiklərini söyləyib.
O, hazırkı dövrdə turpaketleri bahalaşdıran əsas amilin aviabiletlərin qiyməti olduğunu da nəzərə çatdırıb.
Onun sözlərinə görə, insanlar rayonlara səyahət məqsədilə getmək istəyirlərsə, fərdi qaydada hotelləri bronlayaraq səfər edə bilərlər: "Lakin hazırda qrup turlarının təşkilinə yol verilmir. Hazırda qrup turlarının da müəyyən şərtlər daxilində təşkili məsələsi müzakirə edilir. Fikrimcə, bu məsələ ilə bağlı yaxın günlər ərzində qərar verilə bilər".
F.Hacıyev əlavə edib ki, qrup turlarının qiymətləri sərfəli olduğundan hazırda insanların əksəriyyətindən gələn təkliflər belə turların təşkili ilə bağlıdır:
"İnsanlar əvvəlki kimi qrup turlarına qoşulmaq istəyirlər. Amma bu məsələ ilə bağlı qərarın verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Dövlət Turizm Agentliyi pandemiya dövründə turizm xidmətlərinin təşkili ilə bağlı bütün şərtləri bəyan edib. Məsələn, sərnisin daşımaya icazə verilərsə, qrup turu avtobuslarında ümumi tutumun yarısı qədər qonaq aparmaq mümkün olacaq. Bitşik iki oturacaqda 1 nəfər əyləşə biləcək. Bu, indiki dövrdə daha təhlükəsiz səyahət deməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm