Azərbaycanlı alim vəfat etdi - FOTO
07:39 20.04.2021
Cəmiyyət
535
Azərbaycanın kimyaçı alimi, AMEA-nın akademik Ə.М.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru Səbirə Sərdarova 81 yaşında vəfat edib.
Bu barədə məlumat Akademiyanın rəsmi saytında qeyd olunub.
Səbirə Əbdüləli qızı Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə qəbul olub. 1962-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Üzvi kimya kafedrası üzrə aspiranturaya daxil olub. 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə.M.Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə işə qəbul edilib.
Sabirə Sərdarova 1967-2010-ci illər ərzində Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən vəfatına kimi isə baş elmi işçi vəzifəsində çalışıb. 1967-ci ildə “Tiotetralollar (sintezi, xassələri və tədqiqi)” mövzusunda namizədlik, 1994-cü ildə isə “Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)” mövzusunda doktorluq işini müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini alıb. O, üzvi kimya sahəsində yüksək ixtisaslaşmış mütəxəssis idi. Onun elmi fəaliyyəti bilavasitə AMEA-da akademik Ə.M.Quliyevin rəhbərlik etdiyi Sürtkü yağları və aşqarlar laboratoriyası və 1965-ci ildə onun əsasında təşkil edilmiş Aşqarlar Kimyası İnstitutu ilə bağlı olub.
S.Sərdarovanın elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, polimerlər və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların, stabilləşdiricilərin və biosidlərin işlənilməsi təşkil edib. Alim yeni maddələrin sintezi, onların tərkibi və quruluşlarının funksional effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik tədqiqatlar aparıb. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış stabilizatorlar və biosidlərin sənayedə və tibbdə tətbiq edilməsi tövsiyə edilib.
S.Sərdarova 200-ə yaxın elmi əsərin, o cümlədən 23 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Onun əsərlərinin 30-u xaricdə çap olunub. Alim dəfələrlə beynəlxalq və respublika konfranslarında məruzələrlə çıxış edib. S.Sərdarova müxtəlif illərdə AMEA Rəyasət Heyəti və Kimya Elmləri Bölməsinin Fəxri fərmanları ilə təltif olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq