“Azəriqaz”: “Hər bir abonent çalışır ki, qazdan səmərəli istifadə etsin”
Yusif Nəzərli
11:16 22.10.2021
Cəmiyyət
339
"Bu ilin iyulun 1-də əhali qrupu üçün təbii qaz tariflərinə bir dəfə baxılmışdı. Bu tarixdən biz gözləyirdik ki, hansısa ayda və ya rübdə qazın sərfiyyatının azalması prosesi getsin".
“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
"Düzdür, ilin üçüncü rübündə hər abonent üzrə 9 kubmetr qazın sərfiyyatının azalması qeydə alınıb. Misal üçün, bu ilin oktyabr ayındakı qaz sərfiyyatı ötən ilin oktyabr ayındakı orta səfiyyatdan fərqlidir. Bu da bu ilin oktyabr ayında havaların temperaturunun aşağı olması ilə bağlıdır. Artıq bu ilin oktyabr ayında ötən ilin oktyabr ayından fərqli olaraq təxminən hər abonent üzrə 16 kubmetr təbii qazın işlənilməsi gözlənilir”, - R. Əliyev qeyd edib.
Onun sözlərinə görə, bunun üçün də təkcə qiymət artımı ilə bu nəzəriyyəni tutmaq olmur: “Çünki burada havanın temperaturu qazın sərfiyyatına birbaşa təsir edir. Pilləli tariflərə keçiddən sonra əhali abonentlər arasında qazın səmərəli istifadə edilməsi ilə bağlı addım atılıb. Hər bir abonent çalışır ki, daha aşağı tarifli qazdan istifadə etsin. Hər bir abonent çalışır ki, qazdan səmərəli istifadə etsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət
Zelenski payızda ölkədən getməyə hazırlaşır - Politoloqdan proqnoz
18:49 08.09.2026
Gündəm