“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir
Yusif Nəzərli
07:22 21.05.2024
Cəmiyyət
490
Azərişıq ASC İnvestisiya Proqramına uyğun olaraq Şəki və Balakən rayonlarının elektrik şəbəkəsini yeniləyir.
“Azərişıq”dan Axar.az-a verilən məlumata görə, Şəki rayonunun Aran kəndində yenidənqurma işləri başa çatıb. Aşağı Layısqı kəndində isə son tamamlama işləri görülür. Orta Zəyzid və Böyük Dəhnə kəndlərində yenidənqurma işləri davam edir.
Adıçəkilən kəndlərdə 0,4 və 10 kV-luq elektrik xətləri və dayaqlar yenilənir, müasir tipli Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilir. Həmçinin, köhnə elektrik sayğacları müasirləri ilə əvəz olunur. Yenidənqurma işləri başa çatdıqdan sonra 4 kənddə ümumilikdə, 2 500-dən artıq abonent fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.
Balakənin Sarıbulaq və Hənifə kəndlərində də elektrik təsərrüfatının yenilənməsi işləri davam edir. Həmin kəndlərdə 0,4 və 10 kV-luq elektrik xətləri və dayaqlar, eləcə də köhnə sayğaclar yenilənir. Yenidənqurma işləri ümumilikdə, Sarıbulaq və Hənifə kəndində yaşayan 2 mindən çox abonenti əhatə edir. Arılıqbinə kəndində 160 kVA-lıq KTM quraşdırılıb. Katex kəndində isə yeni güc mərkəzinin quraşdırılmasına start verilib.
Abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında, kənd və qəsəbələrdə yenidənqurma işlərini paralel şəkildə davam etdirir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya
İlk üz-üzə təmas: ABŞ və İran Omanda masa arxasına oturdu
12:40 06.02.2026
Gündəm