“Azərişıq”ın vəzifəli əməkdaşına hökm oxundu - ÖLÜM İŞİ
Yusif Nəzərli
08:37 08.10.2021
Cəmiyyət
301
“Azərişıq” ASC-nin briqada rəhbəri Qasım Vəliyev (şərtidir) əmək mühafizəsi qaydalarını pozmaqda ittiham olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, buna səbəb 2021-ci ilin 25 fevralında Qasım Vəliyevin rəhbəri olduğu briqadada ölüm hadisəsinin baş verməsidir.
Belə ki, həmin tarixdə Buzovna qəsəbəsi, “Atçılıq” yaşayış massivində inşa edilən məktəb-bağça kompleksinin ərazisində qaz-qaynaqçı vəzifəsində işləyən Əlimurad Babayev işıq dirəklərinin üzərində qaynaq işləri icra edən zaman metal materialdan olan işıq dirəyi onun üzərinə aşıb. Ağır xəsarətlər alan Əlmurad Babayev həlak olub.
Hadisəyə ilə bağlı, cinayət işi açılıb.
Məhkəmə müəyyən edib ki, Qasım Vəliyev işıq dirəklərinin sökülməsi zamanı texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi ona həvalə olunduğu halda, bu qaydalara riayət etməyib.
Tikinti-quraşdırma işlərinin aparıldığı sahədə elektrik dirəklərinin çıxarılması işinin təhlükəsiz aparılması üçün müvafiq texnika və avadanlıqlar ayrılmasına baxmayaraq, elektrik dirəyinin qaz qaynağı vasitəsilə kəsilməsi zamanı dirəyin təsadüfən aşmasının qarşısını alan tədbirlərin görülməsini təmin etməyib.
Ancaq məhkəmə şəxsin himayəsində azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb.
Qasım Vəliyev Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə (Əmək mühafizəsi qaydalarını pozma insan ölümünə səbəb olduqda) təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Təqsirləndirilən şəxsə həmin müddətdə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona iki 2 il sınaq müddəti təyin olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət