"Bakıda bu ərazilərdə ev almaq risklidir" - Ekspert
Yusif Nəzərli
11:56 14.02.2023
Cəmiyyət
284
“Çoxmərtəbəli yaşayış binalarında yaşayan mənzil mülkiyyətçiləri binanın təhlükəsizliyinə, o cümlədən seysmik dayanıqlılığına özləri nəzarət etməlidirlər. Hazırda yaşayış binalarında mövcud olan ən ciddi təhlükə təmir zamanı yük daşıyan divarların dağıdılmasıdır. Həmçinin fasadları yükləyən, ondan asılı iri eyvanların tikilməsidir. Belə evlərin seysmik dayanıqlılığından söhbət belə gedə bilməz”.
Bunu Bakupost.az -a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib.
O bildirib ki, indi istər köhnə, istərsə də yeni tikilən yüksəkmərtəbəli yaşayış binalarında mənzil mülkiyyətçiləri tərəfindən təmir işləri aparılarkən, yük daşıyan divarlar, rigerlər dağıdılır. Ya da dayanıqlılığa təsir edən digər ciddi konstruktiv dəyişikliklər aparılır:
“Əsas məqsəd də sahənin genişləndirilməsidir. Burada binanı inşa edənin heç bir günahı yoxdur. Müvafiq hakimiyyət orqanları bina, mənzil daxilində baş verənlərə nəzarət edə bilmirlər. Ancaq dağıntı işləri aparılan mənzilin qonşuluğunda yaşayanlar bu barədə müvafiq orqanlara, eləcə də Fövqəladə Hallar Nazirliyinə xəbər verə bilərlər. Aidiyyatı qurumlar da gəlib yük daşıyan divarların dağıdılmasının qarşısını ala bilər”.
Sahib Məmmədov deyib ki, qəzalı vəziyyətdə olan yaşayış binalarının müvafiq orqanlar tərəfindən siyahısı tərtib olunur. Orada qəza göstəriciləri təsnifatlaşdırılır və qeyd olunur ki, hansı kateqoriya təhlükəlidir. Ən təhlükəlisindən əhali köçürülməlidir:
“Bakı şəhərində belə qəzalı evlər mövcud idi. Məsələn, İnşaatçılar prospektində. Belə binalardakı mənzillərin satışı da dayandırılmışdı. Sonradan hansısa yolla həmin qadağa götürüldü və mənzillərin satışı həyata keçirildi. Həmin binalarda konstriktiv dəyişikliklər də həyata keçirildi. Təəssüf ki, buna ciddi nəzarət olunmadı".
S.Məmmədov qeyd edib ki, Xruşşovka adlanan evlərin çoxunun yenilənmə proqramları çərçivəsində sökülərək yerlərində yeni yaşayış binalarının tikilməsi nəzərdə tutulub:
"Amma İnşaatçılar prospektində metro tuneli nisbətən dayaz yerdən keçdiyinə görə, bu amil həmişə o binaların dayanıqlılığına təsir edəcək. Lap yeni binalar inşa olunsa belə”.
Hüquqşünasın sözlərinə görə, yamacda, torpaq sürüşməsi intensiv olan yerlərdə tikilən yaşayış binalarından ev almaq riskdir:
“Yaxşı mənzərəyə aldanıb insanlar alırlar, amma risklidir. Düzdür, müəyyən tədbirlər görülür, onların seysmik dayanıqlılığını təmin etmək üçün işlər, geoloji tədqiqatlar aparılır, binanın tikilməsinə dair tələblər mövcuddur. Amma müəyyən risklər var. Eyni zamanda, kimin yaşadığı binadan əsaslı sürətdə şübhəsi varsa, əyilmə, divarlarda çatlar görünürsə bu halda dərhal Fövqəladə Hallar Nazirliyinə məlumat verməlidir. Qoy gəlib xüsusi vasitələrlə binanın dayanıqlılığını, zəlzələyə davamlılığını, qəzalı vəziyyətdə olub-olmadığını yoxlasınlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol