Bakıda həkimi şantaj edən baş redaktora CƏZA VERİLDİ - FOTO
Yusif Nəzərli
12:25 14.04.2022
Cəmiyyət
445
Bakıda həkimi şantaj edən “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahova hökm oxunub və o, 7 il azadlıqdan məhrum edilib.
“Report”un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Qeyd edək ki, portalın baş redaktoru Namik Əmrahovun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanıb, Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özbəkistan süni yağışla bağlı pilot layihə hazırlayır
16:53 24.02.2026
Ekologiya
Azərbaycanda geyim istehsalı 4%-ə yaxın artıb
16:34 24.02.2026
İqtisadiyyat
Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
16:11 24.02.2026
Aktual
Qırğızıstana müvəqqəti kənd təsərrüfatı naziri təyin edildi
15:46 24.02.2026
Dünya
Bazarstore tıxacda qalan oruclular üçün iftar paketləri paylayıb
15:44 24.02.2026
Ölkə
SEPAH İranın cənubunda təlimlər keçirir
15:33 24.02.2026
Dünya
Cəlilabadda itkin düşən 26 yaşlı qadın axtarılır
15:29 24.02.2026
Hadisə
Bakıda 13 kq narkotik dövriyyədən çıxarılıb
15:10 24.02.2026
Hadisə
Fatimə Mohacerani: Diplomatiyaya da, müharibəyə də hazırıq
15:02 24.02.2026
Dünya
Antonio Koşta: İndi Rusiya ilə danışıqlar üçün doğru zaman deyil
14:59 24.02.2026
Dünya
Ötən ay Azərbaycanda şəkər istehsalı kəskin azalıb
14:50 24.02.2026
İqtisadiyyat
Ukrayna Qərb-Rusiya savaşının qurbanına çevrilib - ŞƏRH
14:08 24.02.2026
Gündəm
Azərbaycanlı diaspor rəhbərinin Rusiya vətəndaşlığı ləğv edilib
13:26 24.02.2026
Hadisə
Rusiya Avropada elə yerlərdə mülklər alır ki...
13:22 24.02.2026
Dünya