Bakıda xəstəxanaya yerləşdirilən məktəblilərdən 13-ü evə buraxılıb - YENİLƏNİB-2
Yusif Nəzərli
14:23 18.04.2023
Cəmiyyət
525
Aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 15 şagirddən 13-ü müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.
Bu barədə "Report"a Bakı şəhəri 149 saylı orta məktəbdən məlumat verilib.
Bildirilib ki, digər 2 şagirdin vəziyyəti qənaətbəxşdir.
17:53
Bakı şəhəri 149 saylı orta məktəbdə şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
TƏBİB-dən "Report"a bildirilib ki, təcili tibbi yardım briqadaları çağrış ünvanına cəlb edilib:
"Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin (AQTA) Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır:
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".
17:49
Bu gün Binə qəsəbəsi 149 saylı orta məktəbdə 15 şagird naməlum səbəbdən özünü narahat hiss edib.
"Report"un əldə etdiyi məlumatı məktəb təsdiqləyib.
Məktəbdən bildirilib ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özünü narahat hiss edib:
"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.
Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib.
Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir".
TƏBİB-in sözçüsü Zamirə Ədilova isə məsələdən xəbərsiz olduğunu deyib: "Bizdə belə bir məlumat yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı aeroportu sərnişinlərə müraciət etdi
18:53 13.02.2026
Cəmiyyət
Ceyhun Məmmədov: “Ölkədə gərginlik yaratmaq planı iflasa uğradı”
18:51 13.02.2026
Gündəm
ABŞ-li nazir Rubio: “Köhnə dünya artıq yoxdur”
18:43 13.02.2026
Gündəm
İran televiziyasında canlı yayımda “intiqam siyahısı” yayımlandı
18:38 13.02.2026
Dünya
Gürcüstan Aİ kursundan uzaqlaşır? - Politoloqdan İZAH
18:32 13.02.2026
Gündəm
"Nyukasl" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq
18:26 13.02.2026
Dünya
Rutte: Rusiya Ukraynada ilbiz sürəti ilə irəliləyir
18:15 13.02.2026
Dünya
İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
18:10 13.02.2026
Rəsmi
ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
17:55 13.02.2026
Gündəm
"Bavariya" ulduz futbolçusu ilə müqaviləni yenilədi
17:14 13.02.2026
Futbol
Nə Karapetyan, nə Köçəryan - seçkini biz udacağıq - Xudatyan
17:07 13.02.2026
Region
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib
17:06 13.02.2026
Gündəm
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
16:58 13.02.2026
Elm və Təhsil