
Bakının lift dərdi! – Niyə əncam çəkilmir? – “Texniki baxışa nəzarət yoxdur”
Yusif Nəzərli
13:26 06.04.2022
Cəmiyyət
989
Liftlə bağlı faciəvi xəbərlərlə ayda ən azı bir dəfə qarşılaşırıq. Əksər yerdə müasir standartlara uyğun liftlər istifadəyə verilsə də, hələ də sovet dövründən qalma binalarda köhnə liftlərə rast gəlinir. Bu qurğular gah işləmir, gah xarab olur, gah da qəza nəticəsində hər il bir neçə insanın həyatına son qoyur. Sakinlərin lift dərdinə birdəfəlik əncam çəkilmir.
Qeyd edək ki, Bakının Səbail rayonunda yerləşən restoranlardan birində liftin qırılması nəticəsində iki nəfər ağır xəsarət alıb. Bildirilib ki, hər iki şəxs təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib: "1988-ci il və 1978-ci il təvəllüdlü şəxslər hadisə nəticəsində çoxsaylı travmalar alıblar. Onların fəqərə, çanaq, baldır, bazu sümüklərində sınıq və çıxıqlar var. Hər iki şəxs reanimasiyaya yerləşdirilib".

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, liftlərin istismarı təhlükə potensialı obyektlər siyahısındadır:
"Liftlərdə qəzalar normadan çox yüklənmə zamanı, elektrik sistemində nasazlıq yarandıqda, liftin quraşdırılması zamanı düzgün montaj olmadıqda, istismar müddəti bitən avadanlıq və mexanizmlərin vaxtında dəyişdirilməməyi səbəbindən liftlərdə qəzalar baş verir. Yəni liftlərin istismarı xüsusi icazələrlə reallaşdırılır. Stasionar şəkildə quraşdırılan , səyyar yük qaldıran mexanizmlər, ekskalatorlar, kanat yolları, funklyorlar təhlükə potensiallı obyektlərdir. Yaşana biləcək qəzaların lokallaşdırılması üçün lift şaxtalarının tikintisi, quraşdırılmasında dövlət standartlarına və digər texniki normativ təhlükəsizlik qaydalarına cavab verən sertifikatlaşdırılmış materiallardan yararlanmaq lazımdır. Bəzi yaşayış binalarında, obyektlərdə liftlərə texniki baxışa nəzarət yoxdur. Bütün liftlər daimi yoxlanılmalı, istismar müddətini bitmiş mexanizm, avadanlıqlarını və s. aradan qaldırılmalıdır".
Ekspert bildirib ki, qaydalara düzgün əməl olunmasa, qəzalar qaçılmazdır:
"Köhnə liftlərə nəzarət mexanizmi ürəkaçan deyil. Ancaq liftin qırılıb şaxtaya düşməsi tamamilə sıradan çıxması deməkdir. Liftdə həm qaldırıcı, həm də qoruyucu troslar mövcuddur.
Biri qırılsa avtomatik o biri kabinanı saxlayır. Köhnə liftlər daha qorxuludur. Müasir liftlərdə isə surət artan kimi əyləc sistemi işə düşür, təhlükəsiz şəkildə dayanır.
Liftin kabinasında yersiz hərəkətlər etmək, bir neçə düyməni eyni anda basmaq, tavana, qapılara toxunmaq, liftin divarına söykənmək olmaz. Uşaqları diqqətdə saxlamalayıq. Azyaşlıların liftdən valideyn nəzarətilə istifadəsi daha məqsədəuyğundur. Bütün liftlərdə güzgü var. Liftin çağırılan mərtəbədə qapı açılanda güzgüdə əksimizi görürüksə, demək, lift həmin mərtəbədədir.
Lift şaxtadaykən, qapı açıla bilər. Güzgülərin qoyulması da təhlükəsizlik məqsədi daşıyır. Obyektdə quraşdırılan liftə dair cavabdeh məsul şəxslərdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə