“Səsləndirdiyim təkliflər də tıxacı tamamilə aradan qaldıra bilməyəcək. Tıxac həmişə olacaq. Ümnumiyyətlə, yaxın gələcək üçün situasiya belə davam edəcək. Çünki tıxacı əsasən şəxsi avtomobillər yaradırlar. Onlar konkret marşrut üzrə hərəkət etmirlər. İndiki aqressiv şəraitdə isə sürücülər çox zaman hara gedəcəklərini bilmirlər. Sadəcə maşınlarına minir və məqsədsiz şəkildə irəliləyirlər. Bu, karantinlə bağlıdır. Bir az mübaliğə ilə desək, sürücülər yollarını itiriblər. Üstəlik qurulan əlavə postlar da tıxaclara səbəb olur. Unutmaq olmaz ki, intensivlikdən asılı olaraq hər yolun özünəməxsus buraxma qabiliyyəti var. Adətən buraxma qabiliyyəti zəif olan yollarda ciddi tıxaclar yaranır. Yəqin, gələcəkdə bu problem həllini tapar. Ancaq hələlik mümkün deyil”.
Bakının TIXAC dərdi: aqressiv sürücülər, ətrafı bürüyən siqnal səsi və kobud ifadələr... – Bu çilə nə vaxt bitəcək ?!
Banuçiçək Kalbalıyeva
11:30 16.06.2020
Cəmiyyət
774
“Tıxac həmişə olacaq. Çünki tıxacı əsasən şəxsi avtomobillər yaradırlar. Onlar konkret marşrut üzrə hərəkət etmirlər”
“Bu, karantinlə bağlıdır. Bir az mübaliğə ilə desək, sürücülər yollarını itiriblər”
Artıq bir neçə dəfədir, həftə sonları sərt karantin qaydaları ilə üzləşirik. Evdən çölə çıxa bilmədiyimizə görə, insanın, az qala, dərisini yandıran paytaxt istisindən can qurtarmaq məqsədilə bir gün əvvəldən sərin rayonlara, bağlara üz tuturuq. İki-üç gün sonra şəhərə qayıdanda isə az-maz istirahətimiz sözün əsl mənasında burnumuzdan gəlir. Hər kəs paytaxta üz tutduğu üçün maşın əlindən tərpənmək olmur.
Tıxacın isə ucu-bucağı görünmür. Hələ obyektiv səbəblər ucbatından əmələ gələn aqressiyaya məğlub olub əllərini sükanın siqnalından çəkməyən, pəncərədən bir-birilərinə kobud ifadələr işlədən sürücülərə də az rast gəlmirik. Beləliklə, növbəti iş həftəsinə haray-həşirlə, mənfi emosiyalarla başlayırıq...
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov “Sherg.az”a açıqlamasında problemin qarşısının iki yolla almağın mümkünlüyünü bildirib:
“İlk növbədə onu deyim ki, hansı istiqamətdə nəqliyyat vasitəsinin sıxlığının nə qədər çox olması məlum deyil. Bunu bilsək, daha konkret addımlar atmaq olar. Hər halda əsas yük mərkəzi küçələrin öhdəsinə düşür. Nəticədə ciddi tıxaclar yaranır. Deməli, intensivlikdən asılı olaraq iki üsulla problemi müəyyən mənada həll etmək mümkündür. Birincisi, Sumqayıt yolunda olduğu kimi memarlıq-layihələndirmə işləri həyata keçirməkdir. Yəni əsas mahiyyət yolların genişlənməsindən ibarətdir. İkinci variant isə operativ təşkiletmə işləridir. Başqa sözlə desək, mərkəzi küçələrə əlavə işıqforlar, yol hərəkəti nişanları qoyulsa, alternativ yollar göstərilsə, tıxacların qarşısını almaq olar”.
Ekpertin fikrincə, mövcud vəziyyətlə bir müddət barışmalıyıq:
“Səsləndirdiyim təkliflər də tıxacı tamamilə aradan qaldıra bilməyəcək. Tıxac həmişə olacaq. Ümnumiyyətlə, yaxın gələcək üçün situasiya belə davam edəcək. Çünki tıxacı əsasən şəxsi avtomobillər yaradırlar. Onlar konkret marşrut üzrə hərəkət etmirlər. İndiki aqressiv şəraitdə isə sürücülər çox zaman hara gedəcəklərini bilmirlər. Sadəcə maşınlarına minir və məqsədsiz şəkildə irəliləyirlər. Bu, karantinlə bağlıdır. Bir az mübaliğə ilə desək, sürücülər yollarını itiriblər. Üstəlik qurulan əlavə postlar da tıxaclara səbəb olur. Unutmaq olmaz ki, intensivlikdən asılı olaraq hər yolun özünəməxsus buraxma qabiliyyəti var. Adətən buraxma qabiliyyəti zəif olan yollarda ciddi tıxaclar yaranır. Yəqin, gələcəkdə bu problem həllini tapar. Ancaq hələlik mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət