
Bakının tıxac dərdi! - Avtobuslar ünvana vaxtında çata bilmir
Yusif Nəzərli
10:59 24.08.2022
Cəmiyyət
657
Vahid Dispetçer Xidmətinin dünən səhər pik saatlarına dair məlumat verilib. Məlumata əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 34 müntəzəm marşrut xətti üzrə 98 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 8-15 dəqiqə , Zabrat şosesi-şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-13 dəqiqə, Binəqədi şosesi - Azadlıq metro stansiyası istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə, Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-11 dəqiqə gecikmə müşahidə olunur.
Xatırladaq ki, bir gün öncə də 158 marşrut tıxacda qalaraq gecikmə yaşamışdı. Bəs məktəblərin, universitetlərin bağlı olduğu dönəmdə tıxaclara səbəb nədir?
Tıxaclarda avtobusların da günah payı olduğunu deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov “Sherg.az"a bildirib ki, marşrutlar öz intervallarını gözləməlidir:

“Belə hadisələr müxtəlif səbəblərdən ola bilər. Ola bilər ki, yolları bağlayıblar və yaxud da qəza baş verib. Bu zaman da tıxac yarana bilir. Gərək hadisə ilə bağlı araşdırılma aparılsın. Əgər yolda daim gecikmələr varsa, bu, həmin yolun intensivliyindən irəli gəlir. Deməli, o yolda marşrut düzgün seçilməyib və sürücülər də düzgün hərəkət etmirlər. Hər marşrut xəttinin öz intervalı var. Müntəzəmlikdən asılı olaraq avtobuslar o intervaldan düzgün istifadə etməlidir. Bəzən bu intervallar pozulur. Dayanacaqların sahəsi isə avtobusların hamısının dayanması üçün bəs etmir. Minimum interval pozulduqda da marşrutlar ard-arda qalır və tıxaclar yaranır. Doğrudur, yay aylarında maşınların sayı nisbətən azalır. Lakin intensivlik üçün yolun buraxma qabiliyyəti də nəzərə alınmalıdır. Əgər yol çox maşının buraxılmasına imkan vermirsə, yenə də tutulma olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr sahillərində gəmi qəzasına görə 3 azərbaycanlı saxlanılıb
17:03 03.09.2026
Hadisə
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
16:50 03.09.2026
Ölkə
Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub
16:39 03.09.2026
Sosial
Atımı satıb Bakıya, Qurultaya gəldim - Tatar kəndlisi nə danışırdı?
16:37 03.09.2026
Tarix
Ukrayna Soçi limanında Rusiya gəmisini vurdu
16:35 03.09.2026
Dünya
Şagirdlərin yerdəyişməsi dayandırılır
16:12 03.09.2026
Elm və Təhsil
Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirildi
15:43 03.09.2026
Cəmiyyət
Paşinyandan Zaxarovaya cavab: Bunu haradan çıxardılar?
15:35 03.09.2026
Dünya
İranın danışıqlara qayıtması üçün ABŞ-yə dörd şərti var
15:14 03.09.2026
Gündəm
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm